Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 21:23

“Parlamentarilər narkotiklərə qarşı”


İllüstrasiya

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti bu gün, dekabrın 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya yola düşürlər.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar dekabrın 4-də keçiriləcək “Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq konfransında iştirak edəcəklər.

“Tədbirə dünyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və aparıcı ekspertlər dəvət olunub. Azərbaycan nümayəndə heyətinin başçısı Ziyafət Əsgərov çıxışı zaman narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair fikirlərini bölüşəcək, təkliflərini diqqətə çatdıracaq”, məlumatda vurğulanır.

Plenar iclasdan sonra konfrans öz işini üç seksiyada davam etdirəcək. Narkotikdən asılılığın aradan qaldırılması və narkomanların reabilitasiyasında müasir metodlar gündəmdə olacaq.

Səfər dekabrın 5-də başa çatacaq.

Buna da bax: Gürcüstanda marixuana leqallaşdırılmayıb...

Günün bütün mövzuları

XS
SM
MD
LG