Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:46

Məhkəmə Reza Zarrabı ilə bağlı güzəştə gedib


Ebru Gündeş və Reza Zarrab, İstanbul, 27 Fev 2013

Nyu York məhkəməsinin hakimi Nyu York şəhərinin keçmiş meri Rudolph Giuliani və ABŞ-ın keçmiş Baş Prokuroru Michael Mukasey-nin İran əsilli türk işadamı Reza Zarrabın işinə vəkillik etməsinə icazə verib.

ABŞ ərazi hakimi Richard M. Berman bildirib ki, müttəhim Reza Zarrab onu Rudolph Giuliani və keçmiş Baş Prokuror Michael Mukasey-nin təmsil etməsinin maraq toqquşması yarada biləcəyini anlayır. Belə ki, Giuliani eyni zamanda həm də Türkiyəni təmsil edir.

Buna da bax:​ Erdoğan Trump-dan nə istəyəcək

“HÜQUQLARIMDAN KÖNÜLL İMTİNA EDİRƏM”

George W. Bush administrasiyası zamanı ABŞ-ın Baş Prokuroru olmuş Michael Mukasey isə eyni zamanda bu işdə adı hallanan bankları təmsil edir. Berman-ın sözlərinə görə, Zarrab özünün məhkəmə müşaviri, müstəqil vəkil Benjamin Brafman-ın köməyilə bu məsələni nəzərdən keçirib və mövcud potensial maraq toqquşmalarına rəğmən həmin şəxslərin onu təmsil etməsini istəyir.

“Nəzəri cəhətdən, Türkiyə Respublikası hökumətinin maraqları ilə mənim maraqlarım bu işlə bağlı fərqli ola bilər. ...Mən bu məsələylə bağlı özümün bütün hüquqlarımdan bilərəkdən və könüllü qaydada imtina edirəm", – deyə Reza Zarrab hakimə bildirib.

Buna da bax:​ ABŞ Reza Zarrab-ın işində razılaşmaya açıqdır

ABŞ-ın baş prokurorluğu, Rudolph Giuliani, Michael Mukasey və onların hüquq şirkətləri məsələyə heç bir şərh vermək istəməyiblər. Vəkil Benjamin Brafman-ın da ofisində onun şərh verə bilməyəcəyi deyilib.

Hakim Berman maraq toqquşması məsələsinin "davamlı şəkildə yaxından izlənilməli olduğunu" qeyd edib.

“Bu nəticəyə gələn zaman məhkəmə ...bu prosedurların dürüstlüyünün qorunub saxlanmasını da nəzərə alıb", – deyə o əlavə edib.

ZARRAB KİMDİR?

Əslən azərbaycanlı olduğu deyilən 33 yaşlı işadamı Reza Zarrab Türkiyədə tanınan simadır. Çox böyük sərvətə və nüfuza malik qızıl taciri məşhur türk pop müğənnisi Ebru Gündeşin həyat yoldaşıdır. Zarrab Türkiyə, İran və Makedoniya vətəndaşlığına malikdir.

Buna da bax:​ “Halkbank”ın sədr müavini Mehmet Hakan Atilla Nyu-Yorkda saxlandı

Zarrab 2010-2015-ci illər arasında qanunsuz olaraq milyonlarla dolları İran hökumətinə və şirkətlərinə ötürməklə ABŞ-ın İrana qarşı sanksiyalarını pozmağa yönəlmiş maliyyə sxemində iştirakda ittiham edilir. İşadamı günahsız olduğunu iddia edir.

Zarrab-ın məhkəməsinin onun həbsindən iki il sonra, bu ilin oktyabrında başlayacağı gözlənilir.

Xatırladaq ki, Mukasey ilə bağlı potensial maraq toqquşması ona məxsus "Debevoise & Plimpton" hüquq şirkətinin Zarrab-ın işində zərərçəkmiş kimi tanınan 8 türk bankını təmsil etməsindən qaynaqlanır.

Buna da bax:​ Nyu-Yorkun keçmiş meri də Rza Zərrabın müdafiəsinə qoşuldu

İŞİN SİYASİ HƏLLİNƏ ÇALIŞIRLAR

Richard M. Berman yazır ki, Giuliani ilə bağlı potensial maraq toqquşması isə ona məxsus "Greenberg Traurig" hüquq şirkətinin eyni bankları təmsil etməsiylə izah olunur. Bu şirkət eyni zamanda məhkəmə işində Türkiyənin "agenti" (təmsilçisi) kimi çıxış edir.

Ancaq Giuliani və Mukasey məhkəmədə Zarrab-ı təmsil etmirlər. Onlar daha çox bu işin siyasi yolla həllindən ötrü danışıq aparmağa çalışırlar.

Apreldə məhkəməyə göndərdiyi müraciətdə Mukasey göstərilən səyləri "bu işin ölkələr arasında həllinə" çalışmaq kimi təqdim edib.

Buna da bax:​ Reza Zarrabı tutduran prokuror populyarlaşıb

Giuliani və Mukasey işin həllini istəyən Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüşüblər. Giuiliani eyni zamanda ABŞ prezidenti Donald Trump-ın müşaviridir.

“Həm ABŞ, həm də Türkiyə hökumətindəki yüksək vəzifəli rəsmi şəxslər razılaşmanın əldə edilməsi imkanına açıq yanaşmaqdadırlar", – deyə Michael Mukasey sözügedən məhkəmə sənədində qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG