Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 14:59

“Halkbank”ın sədr müavini Mehmet Hakan Atilla Nyu-Yorkda saxlandı


Mehmet Hakan Atilla
Mehmet Hakan Atilla

Türkiyənin dövlət bankı olan “Halkbank”ın sədr müavini Mehmet Hakan Atilla Nyu-York hava limanında saxlanıb.

Bu barədə martın 29-da Türkiyənin “Sabah” qəzeti və digər kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata görə, o, John Kennedy adına hava limanında saxlanaraq birbaşa məhkəməyə aparılıb.

Qeyd edək ki, “Halkbank” kapitalına görə Türkiyədə 7-ci ən böyük bank hesab olunur.

ABŞ prokurorluğu onu ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq istəməkdə və qızıl ticarətçisi olan Türkiyə və iranlı biznesmen Reza Zarrabla sövdələşməkdə ittiham edir.

Qeyd edək ki, Reza Zarrab əslən İran Azərbaycanından, Təbrizdəndir.

Reza Zarrab
Reza Zarrab

Newsturk.ru saytının yazdığına görə,o, əsasən saxta sənədlər düzəltməkdə ittiham olunur ki,bunun nəticəsində İrana ərzaq adı altında valyuta və qızıl göndərilib.

Qeyd edək ki, Reza Zarrabın özü də hazırda Nyu-Yorkda həbsdədir.

RİA Novostinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, Mehemet Hakan Atilla hazırda ABŞ-da olan ilahiyyatçı Fətullah Gülen hərəkatı tərəfdarlarının təşəbbüsi ilə tutulub.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Fətullah Güleni 2016-cı il 15 iyul qiyam cəhdinin təşkilində ittiham edir və onun ABŞ-dan verilməsini istəyir.

Çavuşoğlu Türkiyənin TRT kanalına deyib ki, vəziyyəti diqqətlə izləyirlər və məsələni çərşənbə günü Türkiyəyə səfər edən ABŞ Dövlət katibi Reks Tillersonla müzakirə edəcəklər.

Mevlut Cavusoglu
Mevlut Cavusoglu

“Halkbank”ın rəhbərliyi bəyanat verərək fəaliyyətinin şəffaf və qanuni olduğunu bildirib.

Məlumatlara görə, Mehmet Hakan Atillanın həbsindən sonra Türkiyə lirəsi zəifləyib.

Bunlara da bax. Trump-Anar sövdələşməsi ABŞ-a necə bir təhlükə yarada bilər?

Trump, Anar və İran İnqilab Qvardiyası...(ABŞ jurnalı yazır)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG