Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:55

Nyu-Yorkun keçmiş meri də Rza Zərrabın müdafiəsinə qoşuldu


 Reza Zarrab
Reza Zarrab

Keçmiş Nyu-York meri və vəkil Rudolph Giuliani, tanınmış türkiyəli biznesmen, qızıl ticarətçisi Reza Zarrabın müdafiəsinə qoşulub.

Bu barədə martın 27-də New Yor Times qəzeti yazıb.

Qeyd edək ki, Reza Zarrab əslən İran Azərbaycanındandır.

Qəzetin anonim mənbəə istinadla yazdığına görə, Rudolph Giuliani və digər tanınmış vəkil Michael Mukasey ötən ay bu məqsədlə Türkiyə prezidenti Racep Taytyip Erdoğanla görüşə gediblər.

Mənbə yazır ki, Rudolph Giuliani indiki ABŞ prezidenti Donald Trump-un dostudur, onun yaxın adamlarından biri sayılır.

Qeyd edək ki, İran və Türkiyə vətəndaşı olan Reza Zarrab 2016-cı il martın 22-də Mayamidə saxanıb, İranın ABŞ sanksiyalarından yayınmasına kömək etməkdə təqsirli bilinir.

Hazırda Nyu-Yorkda həbsdədir. Təqsirli bilinsə on illərlə həbs cəzasına məhkum oluna bilər.

Reza Zarrab türkiyəli pop müğənni Ebru Gundes-lə evlidir və 2013-cü ildə Türkiyədə də korrupsiya qalmaqalının mərkəzində dayanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG