Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:05

Erdoğan Trump-dan nə istəyəcək


R.T.Erdoğan və D.Trump

Mayın 16-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan Vaşinqtonda Trump administrasiyası rəsmiləriylə görüşəcək. Onun türkiyəli-iranlı biznesmenə qarşı İran sanksiyaları ilə bağlı cinayət işinin ləğvini istəyəcəyi gözlənilir.

Erdoğan səhər saatlarında Ağ evdə prezident Donald Trump-la görüşməlidir. Erdoğan biznesmen Reza Zarrab-ın buraxılmasından ötrü lobbiçilik edir. Zarrab İranın ABŞ sanksiyalarından yayınmasına yardım etməkdə suçlanır.

Ötən ay açıqlanmış məhkəmə sənədləri göstərdi ki, Zarrab-ın vəkilləri fevralda Erdoğan-la görüşüblər, daha sonra Zarrab-ın diplomatik proseslə həbsdən buraxılmasına cəhd ediblər.

Nyu-Yorkun keçmiş meri Rudolph Giuliani də hazırda onun vəkilidir və Trump-la əlaqələri yaxşıdır, seçki kampaniyasında ona müşavirlik edib.

Amma Manhetten məhkəməsinin hakimi mayın 15-də Giuliani-nin Trump-la əlaqələri haqda daha çox informasiya tələb edib.

Zarrab İran hökuməti və şirkətləri ilə 100 milyonlarla dollarlıq sövdələşmələr quraraq, 2010-2015-ci illər ərzində ABŞ sanksiyalarını pozmaqda ittiham olunur. Zarrab-ın adı 2013-cü ildə Türkiyədə rüşvət qalmaqalında da keçirdi. Amma ona ittihamlar Erdoğan-ın müdaxiləsindən sonra qaldırıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG