Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:30

Trump-ın namizədi erməni-türk münasibətləri haqqında


"Exxon Mobil" neft nəhənginin rəhbəri Rex Tillerson
"Exxon Mobil" neft nəhənginin rəhbəri Rex Tillerson

ABŞ dövlət katibliyinə namizəd Rex Tillerson erməni-türk dialoquna və tarixi faktların tanınmasına yardım etməyə söz verir.

Senatın xarici əlaqələr komitəsində onun namizədliyinə dair dinləmə keçirilib. Dinləmə zamanı Tillerson senator Robert Menendes-in erməni soyqırımı haqda sualını cavablandırıb.

Buna da bax:​ Trump Suriyada 'azad zona' yaradacağını deyir

«1915-ci ilin faciəvi hadisələri Ermənistanla Türkiyənin münasibətlərində ağrılı məsələ olaraq qalmaqdadır. İki ölkə arasında dinc və sabit münasibətlərin təmin olunması ABŞ-ın marağındadır. Əgər mən Dövlət Katibi vəzifəsinə təsdiqlənsəm, regionda sabitlik naminə tarixi hadisələrin... tanınmasına və Ermənistanla Türkiyə arasında açıq dialoqa yardım edəcəyəm", – deyə "Exxon Mobil" neft nəhənginin rəhbəri Rex Tillerson bildirib.

“BOYUN QAÇIRMAYACAĞAM”

ABŞ Senatının artıq gələn həftə keçiriləcək plenar iclasında onun dövlət katibliyinə namizədliyinin qəbul edəcəyi gözlənilir.

Buna da bax: Kiyev deyir ki, Donbasla bağlı bütün ABŞ-Rusiya danışıqlarında o da iştirak etməlidir

Birləşmiş Ştatların yeni prezidenti Donald Trump administrasiyasının başqa bir nümayəndəsi, ölkənin BMT-dəki səfiri Nikki Haley də erməni soyqırımı və erməni-türk münasibətləri ilə bağlı mövqe bildirib.

Ermənipərəst senator Robert Menendes səfirdən erməni soyqırımının tanınmasına dair BMT qətnaməsini dəstəkləyib-dəstəkləməyəcəyini soruşub. "Dəstəkləməyəcəyiniz halda, düşünmürsünüzmü ki, bu, Amerika dəyərlərinə kölgə salır və belə cinayətlərin təkrarlanmasına yol açır?", – deyə o əlavə edib.

Buna da bax:​ Trump sözünün üstündə durdu-Meksika sərhədində divar hörülür

ABŞ-ın BMT-yə yeni təyin olunmuş səfiri suala belə cavab verib: «Mən heç vaxt atdıqları addımlar ABŞ dəyərlərinə zidd olan, insan hüquqlarını və beynəlxalq normaları pozan ölkələri öz adları ilə çağırmaqdan boyun qaçırmayacağam».

ANKARA İLƏ İŞLƏYƏCƏK

ABŞ dövlət katibliyinə namizəd Rex Tillerson həmçinin Türkiyə hökumətinin insan hüquqlarını mütəmadi pozması məsələsinə də toxunub. O vurğulayıb ki, Erdoğan hökumətinin atdığı bir çox addımlar onu çox narahat edir. Tillerson dövlət katibi vəzifəsinə təsdiqlənəcəyi halda, dini azlıqların hüquqlarının təmin olunması, onların mədəni irsinə hörmətin təşviqi istiqamətində rəsmi Ankara ilə işləməyə söz verib.

Buna da bax: Ermənistan gözünü Bakının da maliyyələşdirdiyi dəmiryoluna dikib

«Amerika Erməni Assambleyası senator Menendesin erməni məsələlərinə uzunmüddətli bağlılığını və aparıcı rolunu alqışlayır”, – deyə qurumun icraçı direktoru Brian Arduni bildirib. "Biz Ermənistanla ABŞ arasında davamlı əlaqələrin daha da gücləndirilməsi, habelə Ermənistan üçün iqtisadi imkanların genişləndirilməsi istiqamətində yeni administrasiya və Konqreslə işləməyi səbirsizliklə gözləyirik", – deyə o əlavə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG