Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 18:44

Trump sözünün üstündə durdu-Meksika sərhədində divar hörülür


D.Trump

ABŞ prezidenti Donald Trump vədinə əməl etdi, dünən yanvarın 25-də o, Meksikayla sərhədə divar çəkilməsi və qanunsuz miqrantlarla bağlı bir neçə sərəncam imzalayıb. Televiziyalara müsahibəsində prezident sərhəd divarının inşasının bir neçə aya başlanacağını deyib.

D.Trump seçki kampaniyası zamanı sərhədləri möhkəmləndirəcəyinə, miqrantlarla mübarizə aparacağına söz vermişdi. Prezidentin yeni fərmanına əsasən, qanunsuz miqrantları həbs etməyən «toxunulmaz şəhərlər» maliyyələşdirilməyəcək.

Sərəncamlar ABŞ Təhlükəsizlik Departamentinin yeni sədrinin—general John Kelly-nin təyinatı mərasimində imzalanıb.

Bu günlərdə D.Trump-ın bəzi müsəlman ölkələrindən miqrasiyanın yasaqlanmasıyla bağlı sənədlərə də imza atacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG