Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 18:38

Kiyev deyir ki, Donbasla bağlı bütün ABŞ-Rusiya danışıqlarında o da iştirak etməlidir


Olena Zerkal

Kiyev bəyan edib ki, Ukraynanın şərqindəki vəziyyətlə bağlı ABŞ-la Rusiya arasında aparılan bütün danışıqlarda o da iştirak etməlidir.

Bunu Reuters agentliyinə Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal deyib.

Agentliyin yazdığına görə, Kiyev ehtiyat edir ki, ABŞ prezidenti Donald Trump Moskva ilə yaxınlaşmaq naminə Ukraynanı Donbas münaqişəsi ilə bağlı danışıqlarından kənarlaşdıra bilər.

Zerkal həmçinin Rusiyaya qarşı beynəlxalq sanksiyaları saxlamağa çağıran prezident Petro Poroshenkonun mövqeini dəstəkləyib və qeyd edib ki, bu Moskvanın qarşısını ala bilən yeganə vasitədir.

Qeyd edək ki, ABŞ və Qərb ölkələri 2014-cü ilin yazında Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib.

Qərb bu sanksiyaların ləğvi əvəzində münaqişənin həlli ilə bağlı Minsk razılaşmasının tam yerinə yetirilməsini tələb edir.

ABŞ, Avropa Birliyi və Ukrayna Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Kreml ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG