Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:00

Trump Suriyada 'azad zona' yaradacağını deyir


Donald Trump

ABŞ prezidenti Donald Trump Suriyada qaçqınları yerləşdirməkdən ötrü «azad zona» yaradacağını deyib. «ABC News»a müsahibəsində prezident bildirib ki, bu plan haqda qərarını Avropanın qaçqınlarla mübarizəsini izləyəndən sonra verib.

«Məncə Avropa bu milyonlarla insanın Almaniyaya və başqa ölkələrə axışmasına imkan verməklə çox böyük səhv edib». -D.Trump ABC-yə müsahibəsində belə deyib.

«Reuters» agentliyi isə D.Trump administrasiyasının Suriyada «azad zona» yaratmaqla bağlı layihəsinin artıq hazır olduğunu yazır. Layihəyə görə, Pentaqon və ABŞ Dövlət Departamenti 90 gün ərzində Suriyada «azad zona»larla bağlı plan hazırlamalıdırlar. Evlərindən didərgin düşən suriyalılar həmin zonalara yerləşdirilməli, yurdlarına qayıdacaqları, ya da məskunlaşdırılacaqları yerə göndəriləcəkləri günü orada gözləməlidirlər.

Keçmiş prezident Barack Obama bu ideyanın əleyhinədir. Onun fikrincə, plan Birləşmiş Ştatların Suriya vətəndaş müharibəsinə qarışmasına, Suriyada hərbi əməliyyatlar aparan Rusiya hərbçiləriylə amerikalılar arasında toqquşmalara səbəb ola bilər. Çünki «azad zona» deyilən ərazilərin qorunmasından ötrü Suriyaya ABŞ silahlı qüvvələrinin yerləşdirilməsi lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG