Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:34

Qiyas İbrahimov valideynlərinin saxlandığını deyir


Giyas Ibrahimov

NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov valideynlərini polisin saxladığını bildirir.

Gənc fəal AzadlıqRadiosuna deyib ki, valideynləri Nizami rayon 25-ci Polis Bölməsindədir.

"Anam Şura Əmiraslanova bu gün, oktyabrın 19-u səhər 7:30 radələrində işə gedərkən polis tərəfindən saxlanıb. Atam Həsən İbrahimov isə onu axtarmaq üçün 25-ci bölməyə gedib. Orada ona deyiblər ki, anam orada yoxdur və atamı da saxlayıblar. Mənə bunu deyən atam dedi ki, anam da oradadır və səhhətində problem yaranıb, Təcili Tibbi Yardım çağırılıb. Valideynlərimi siyasi girov ediblər".

Bu deyilənlərə, hələlik, Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Q.İbrahimov digər gənc fəal B.Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu il martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG