Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Abituriyentlərin qəbul imtahanında əl atdıqları ən populyar üsullar


Özbək abituriyentin imtahana apardığı mobil telefon
Özbək abituriyentin imtahana apardığı mobil telefon

Avqustun 1-də Özbəkistanın bütün şəhər və qəsəbələrində ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

İlin təkcə bu günündə ölkənin bütün mobil operatorları mobil internet və SMS xidmətlərini yarım günlüyünə bağlayırlar. Rabitə şirkətləri hər il bunu profilaktik işlərlə əlaqələndirirlər.

Ancaq böyük ehtimalla bu, belə deyil: özbəklər hesab edirlər ki, bu yolla hökumət təhsil sahəsində əsas problemlərdən biri – abituriyentlərin test imtahanı zamanı korrupsiya və yalanla mübarizə aparmağa çalışır.

Buna da bax:​ Özbəkistanqəbul imtahanlarına görə ölkə boyu SMS sistemini və interneti kəsib

Özbəkistanda ali məktəblərə qəbul imtahanlarının keçirilməsinə nəzarət milis və Milli Təhlükəsizlik Xidmətinin (MTX) üzərinə qoyulub. Ancaq buna baxmayaraq, hər il test imtahanı günü çoxsaylı qayda pozuntusu və insanı heyrətə gətirən korrupsiya sxemləri müşahidə olunur.

Özbəkistan. Səmərqənddə qəbul imtahanı
Özbəkistan. Səmərqənddə qəbul imtahanı

"Nastoyaşeye Vremya" və AzadlıqRadiosu-nun özbək xidməti özbəkistanlı abituriyentlərin hər il qəbul imtahanında əl atdıqları ən populyar üsulların toplusunu hazırlayıb:

1. "Bunker"

Bu, az qala ən çox yayılmış üsuldur. Lazımi abituriyentlərin test kitabçalarını müxtəlif bəhanələrlə otaqdan çıxarıb əvvəlcədən dəvət edilmiş mütəxəssislərə ötürürlər. Adətən, bu mütəxəssislər ali məktəb müəllimləri olur. Həmin mütəxəssislər eyni binada olan bağlı otaqlarda, yəni "bunkerlərdə" otururlar. Onlar test kitabçalarında düzgün cavabları qeyd edərək onları yenidən abituriyentlərə ötürürlər.

Bəzən başqalarında şübhə yaratmamaq üçün test kitabçalarını abituriyentlərin özləri otaqdan çıxarırlar. Guya onları MTX əməkdaşları əlavə yoxlamaya çağırırlar.

Buna da bax: Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verib

Bu halda bir neçə adam satın alınır: dəvət edilən mütəxəssis (o, adətən, bir gecə əvvəldən "bunker"də gizlənir), bir neçə nəzarətçi, o cümlədən MTX əməkdaşları.

2. "Parovoz"

"Parovoz" ardınca bir və ya bir neçə "vaqon", yəni əsl abituriyent aparan qondarma abituriyentə deyilir.

Adətən, universitet tələbələri, yaxud da artıq universiteti yeni bitirmiş gənclər "parovozluq" edərək pul qazanırlar. Onlar kənardan gənc görünürlər və nəzarətçilərdə və digər abituriyentlərdə şübhə yaratmırlar. Onların məqsədi öz müştəriləri ilə eyni auditoriyaya düşmək və sualları cavablandırmaqda onlara kömək etməkdir.

Buna da bax:​ 47 min imtahan verəndən yalnız 8 mini... [video]

Adətən özbək abituriyentlərini qəbul imtahanına yoxlayıb buraxırlar.
Adətən özbək abituriyentlərini qəbul imtahanına yoxlayıb buraxırlar.

2003-cü ildən bu üsuldan istifadə xeyli çətinləşib. Çünki abituriyentləri otaqlara məktəbi və ya kolleci bitirdikləri ilə görə paylaşdırmağa başlayıblar. İndi gərəkən qrupa düşmək üçün "parovozlar" kollec diplomlarını satın almalı olurlar. Xərclərə gəlincə, abituriyent bu halda "parovoz"dan başqa, nəzarətçiləri də satın almalı olur.

3. "Tanklar" və "başlar"

Ali məktəb müəllimi ("tank") əvvəlcədən əlaçı tələbələrdən ("başlar") ibarət xüsusi qrup hazırlayır. Onlar abituriyentlərin yerinə imtahana girirlər.

Bu sxemdə "başların" zahirən öz müştərilərinə bənzəməsi vacibdir. Çünki test imtahanına giriş zamanı qapıda yoxlamanı həyata keçirən MTX əməkdaşlarını satın almaq çətindir.

Bəzən müşahidəçilər artıq satın alınıbsa, belə qondarma abituriyentlər eyni zamanda həm də "parovoz" olurlar və bir neçə "vaqona" kömək etməyə imkan tapırlar.

Buna da bax: Qəbulda keçmişə qayıdış?

4. "Çoban"

Bu sxem zamanı da işə qondarma abituriyent cəlb edilir. Həmin "çobanın" məqsədi lazım olan abituriyentlərin test kitabçalarının surətlərini otaqdan çıxarmaqdır.

2000-ci illərin əvvəllərinədək bu yolla testlərin qoparılmış səhifələri çıxarılırdı. Bu səhifələr əvvəlcədən dəvət edilmiş mütəxəssislərə ötürülürdü. 2004-cü ildən bəri isə imtahanın sonunda test kitabçalarını yoxlamağa başladılar. Ona görə indi "çoban" sadəcə kamerası və ya skaner qələmlə sualların şəklini çəkir, sonra da fləş-kartı vasitəçiyə ötürür.

Hazır cavablar yenidən vasitəçinin köməyilə abituriyentə ötürülür. Vasitəçilərsə, adətən, nəzarətçilər və ya MTX əməkdaşları olur. Beləliklə, bu sxemdə bir neçə nəzarətçi satın alınır. Cavabları telefon rabitəsi vasitəsilə də ötürə bilirlər.

Buna da bax:​ Hökumət 300-400 bal toplayanlarla nə etmək istəyir? [video]

5. Wi-Fi

Bu, texnoloji cəhətdən ən mürəkkəb üsuldur. Son zamanlar ondan az-az istifadə olunur. Avqustun 1-nə bir neçə gün qalmış imtahanın keçiriləcəyi binanın ətrafında yerləşən bir neçə nöqtədə güclü Wi-Fi ruterləri qoyulur. Onların köməyilə bütöv bir şəbəkə yaradılır.

İmtahan günü şəbəkəyə qoşulan abituriyentlər test kitabçalarındakı sualların şəklini telefonla çəkib mütəxəssislərə göndərirlər. Bu zaman abituriyent çəkdiyi şəkillərə xüsusi işarə qoymalıdır ki, mütəxəssislər səhvən ona başqa müştərilərin cavablarını göndərməsinlər.

* * *

2016-cı ildə Özbəkistanın bir neçə universitetində eksperiment apararaq binalarda quraşdırılmış monitorlar vasitəsilə auditoriyalarda imtahanların necə keçirildiyini canlı yayımda göstəriblər. O zaman abituriyentlər çəkiliş aparıldığını bilmirdilər. Qohumlarının və dostlarının onları görə biləcəyi isə heç ağıllarına gəlmirdi. Ona görə də əllərindəki "şparqalkalardan" və telefonlardan gen-bol istifadə edirdilər. O zaman imtahanlarda baş alıb gedən açıq-aşkar yalanı göstərən kadrlar Özbəkistanda heç kimi təəccübləndirməmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG