Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 16:23

Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verib


Jurnalist olmaq istəyənlər imtahan verir
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Jurnalist olmaq istəyənlər imtahan verir

Bu gün, iyulun 29-da ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı veriblər.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, qabiliyyət imtahanlarına üçüncü ixtisas qrupu üzrə test imtahanında müsabiqə şərtini ödəyən, jurnalistika ixtisasında təhsil almaq niyyətlərini qeydiyyatdan keçməklə bildirmiş abituriyentlər qatılıblar.

Qabiliyyət imtahanları Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Xaçmaz və Şirvan şəhərlərində keçirilib.

2.5 saat davam edən qabiliyyət imtahanlarına qatılan abituriyentlər 217 mövzu arasından seçilmiş 3 mövzudan biri üzrə inşa yazıblar.

Buna da bax: 47 min imtahan verəndən yalnız 8 mini... [video]

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərdən 411 nəfər qabiliyyət imtahalarında iştirak etmək üçün qeydiyyatdan keçib. Onların 124-ü oğlan, 287 nəfəri isə xanımlar olub. 372 abituriyent Azərbaycan, 39 abituriyent isə rus bölməsi üzrə imtahan verib.

DİM-in məlumatına görə, bu gündən avqustun 10-dək imtahalarda iştirak edib müsabiqə şərtlərini ödəmiş abituriyentlər ixtisas seçəcəklər. Yalnız qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentlərlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını seçə biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG