Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:53

Bugünün aktual sualı: 'Qaz olacaqmı?' [media icmalı]


Bugünün aktual sualı: "Qaz olacaqmı?"
Bugünün aktual sualı: "Qaz olacaqmı?"

Azərbaycan-Avropa İttifaqı münasibətləri, qışa hazırlıq və xaricə müalicəyə getməyin səbəbləri bu gün medianın (07 oktyabr, 2017-ci il) aparıcı mövzularındandır...

Həkim səhvləri...

Exo” qəzetində “Azərbaycanda həkim səhvləri xaricdə müalicəyə təkan verir” sərlövhəli yazı oxumaq olar.

Yazının girişində həkim səhlənkarlığından bəhs edilir.

Buna da bax:​ Azərbaycanda həkim xəstənin sağlam ayağını kəsib

Müəllif bildirir ki, səhlənkarlığa yol verən həkimlərə ciddi cəzalar tətbiq edilmir. Zərərçəkən xəstələr belə həkimləri məsuliyyətə cəlb etməyin mümkünlüyünə inanmırlar:

Tərlan Məmmədova şəkərli diabet xəstəsi idi. Həkim onun sol ayağının kəsilməli olduğu halda səhvən sağ ayağını kəsib...
Tərlan Məmmədova şəkərli diabet xəstəsi idi. Həkim onun sol ayağının kəsilməli olduğu halda səhvən sağ ayağını kəsib...

“Həkim səhvinə çox şey səbəb ola bilər. Həm naşılıq, həm həkimin çox işləməsi, demək olar ki, yata bilməməsi, onu əvəz edəcək həkimin çatışmazlığı və s.”

Ekspert: “Həkim səhlənkarlığından şikəst olan, ölənlər var”

Ekspertlər qəzetə deyiblər ki, həkim səhlənkarlığı nəticəsində xəstəyə kompensasiya belə ödənmir. Laqeydlik göstərilir və əksər vətəndaşlar bu səbəb üzündən xaricdə müalicə almağa üstünlük verirlər:

“Problem cəzasızlıqdadır. Həkim səhlənkarlığı üzündən şikəst olan və ya dünyalarını dəyişirlər var”.

Buna da bax:​ "Bizdə həkim səhvlərindən nəticə çıxarılmır"

Ekspertlər vurğulayırlar ki, əgər qanun işləməyəcəksə, ora cəzalarla bağlı maddələr salmağın da əhəmiyyəti yoxdur:

“Həkimlər cəzasız qalacaqlarını bilirlər. Ona görə də xəstələrin keyfiyyətsiz xidmətə görə, onları məhkəməyə verəcəklərindən belə qorxmurlar”.

Ekspertlər düşünürlər ki, əslində problemin dərinliyində korrupsiya dayanır. Onlar bildiriblər ki, bir çox tibb klinikaları öz əməkdaşlarına havadarlıq edirlər. Eyni zamanda, sadə vətəndaşlara da həkimləri məsuliyyətə cəlb etməyin çox çətin olduğunu anladırlar.

Ekspertlər həmçinin vurğulayıblar ki, Azərbaycanda xəstələr də öz hüquqlarını axıra qədər bilmirlər. Yazıda qeyd edilir ki, bu sahədə Azərbaycan nəinki inkişaf etmiş Avropa, hətta bəzi postsovet ölkələrindən də geridə qalır.

Buna da bax:​ Səhiyyə Nazirliyi: 'Ölüm özəl klinikada baş verib'

Qışın “istilik dərdi”

Novoye Vremya” qəzetində “Qışda mənzillərimiz isti olacaqmı?” sualına cavab axtarılır.

Yazıda bildirilir ki, soyuqların düşməsi ilə bir sual yenidən aktuallıq kəsb edir. “Qaz olacaqmı?”

Yazıda daha sonra oxuyuruq:

“Soyuqlar artdıqca qazın təzyiqi də azalır. Bakı, Sumqayıt və Abşeronda artıq qazın aşağı təzyiqlə gəlməsindən yox, bir neçə gündür ki, verilməməsindən şikayət edirlər”.

Soyuqların düşməsi ilə bir sual yenidən aktuallıq kəsb edir. “Qaz olacaqmı?”

Müəllif bildirir ki, havalar soyuduğundan, rəsmi qış mövsümü başlamasa belə mənzillərdə istilik verilməsinə ehtiyac yaranıb:

“Yenə də qızdırılma sisteminin qapını kəsdiyi vaxt məlum olur ki, “Azəristiliktəchizat” ASC “Azəriqaz” ASC-yə a borcludur. 89,532 milyon manat borcdan söhbət gedir”.

Buna da bax:​ Havalar soyudu, sərfiyyat artdı, qaz yoxa çıxdı...

Müəllif xatırladır ki, “Azəriqaz” ASC qazın ancaq borcu olmayan istilik qazanxanalarına veriləcəyi barədə bəyanat verib. Bu da müəyyən narahatlığa əsas yaradır.

İstilik radiatoru.
İstilik radiatoru.

Yazıda, həmçinin, xatırladılır ki, ötən ilin sonunda qazın əhaliyə satış tarifi də qaldırılıb:

“Bu il sentyabrın 1-nə yeraltı qaz anbarlarında 1,4 milyard kubmetr qaz ehtiyatı var. Keçən il isə bu həcm 2,2 milyard kubmetr idi”.

Yazıda vurğulanır ki, ölkənin qaz ehtiyatı o qədər də geniş deyil.

Buna da bax: 'Neft-qaz ölkəsində qazsız qalmışıq'

Bu da qaza tələbatın artacağı soyuqlarda müəyyən problemlər meydana çıxara bilir.

Azərbaycan-Avropa İttifaqı

Azərbaycan” qəzetində “Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirir” sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə yeni mərhələyə keçib.

Müəllif xatırladır ki, Azərbaycan 2006-cı ilin noyabrında Avropanın “Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı” nın təsdiq edib. Sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib: “Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub”.

Buna da bax:​ Putinin müşaviri Azərbaycanı da Avrasiya İttifaqında görür

İlham Əliyev BMT Baş Assambleyasında çıxış edir. 20sent2017
İlham Əliyev BMT Baş Assambleyasında çıxış edir. 20sent2017

"2015-ci ilin noyabrında bəzi “antiislam, antitürk və antiazərbaycançı qüvvələr” Aİ ilə münasibətləri zədələyiblər"

Müəllif vurğulayır ki, 2015-ci ilin noyabrında bəzi “antiislam, antitürk və antiazərbaycançı qüvvələr” Aİ ilə münasibətləri zədələyiblər. Bu münasibətlər bir də 2016-cı ildə bərpa edilib.

Yazıda qeyd edilir ki, rəsmi Bakı Aİ ilə əməkdaşlığa dair assosiativ üzvlük sazişinə aid sənəd imzalayıb. Hazırda isə Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması haqqında danışıqlar gedir: “Azərbaycan və Aİ arasında əməkdaşlıqda mühüm mərhələ başlanıb. Bu əlaqələr Azərbaycanla yanaşı, Avropa üçün də kifayət qədər əhəmiyyətlidir”

Yazıda bildirilir ki, prezident İlham Əliyev bu günlərdə Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

Buna da bax:​ Əli Həsənov: Azərbaycanla ABŞ arasında dərin strateji əlaqələr var

Müəllifə görə, adı çəkilən görüşdə tərəflər münasibətlərin indiki səviyyəsindən razılıq ifadə ediblər.

Yazıda vurğulanır ki, Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Azərbaycanın xarici ticarətində 35, 2017-ci ilin 4 ayında isə 38 faiz pay Avropa İttifaqına daxil olan ölkələrə düşür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG