Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:43

Əli Həsənov: Azərbaycanla ABŞ arasında dərin strateji əlaqələr var


Əli Həsənov, 5 mart 2014
Əli Həsənov, 5 mart 2014

“Biz Amerika xalqının iradəsinə ehtiram göstəririk. Cənab Donald Trumpın prezident seçilməsini ABŞ xalqının iradəsinin təcəssümü hesab edirik”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanının “Əl-İxbariyyə” televiziyasına müsahibəsində belə deyib. Prezidentin köməkçisi Səudiyyə Ərəbistanı Krallığına səfərdədir.

Azərbaycan ilə ABŞ arasında dərin strateji əlaqələrin olduğunu vurğulayan Ə.Həsənov əlaqələrin beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də terrorla mübarizə sahələrini əhatə etdiyini vurğulayıb.

O, Azərbaycan sülhməramlılarının ABŞ qüvvələri ilə birlikdə dünyanın müxtəlif regionlarında xidmət etməsindən bəhs edib.

Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıyıq

“Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrimizin və səmərəli əməkdaşlığımızın davam etməsini istəyirik”, deyən Ə.Həsənov Avropa qurumları, eləcə də Avropa İttifaqı ilə münasibətlərdən də danışıb.

O, Azərbaycanın Avropa Şurası ailəsinə töhfələr veməkdə olduğunu, Avropa İttifaqı ilə davamlı və sıx əlaqələrin olduğunu qeyd edib: “Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Avropa İttifaqı Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu artır. Avropa İttifaqı ilə ikitərəfli çərçivədə qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafında maraqlıdır”, prezidentin köməkçisi əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG