Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:09

Döyüşlərin qızışacağı haqda proqnozlar özünü doğruldur? [video]


Dağlıq Qarabağ ətrafında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Dağlıq Qarabağ ətrafında nə baş verir? [A-Live]

Azərbaycan Müdafiə Nazirliyinin fevralın 28-də yaydığı məlumata görə, cəbhəboyu atəşkəs pozulmaqda davam edib və toqquşmalarda yaralanmış əsgər Elvin Əhmədov xəstəxanada keçinib.

Nazirlik atəşkəsi Ermənistan tərəfinin pozduğunu, Azərbaycanın cavab atəşi açdığını yazır.

Ermənistan tərəfinin isə bu gün, fevralın 28-də yaydığı məlumata görə, gecə Azərbaycan tərəfi yenə atəşkəsi pozub.

Döyüşlər fevralın 24-ü gecəsindən güclənib. Azərbaycan tərəfinin məlumatına görə, indiyə qədər altı hərbçisi həlak olub.

Buna da bax:​ BBQ: '...Qarabağda döyüşlər qızışa bilər'

Ermənistan Müdafiə Nazirliyi itkilərinin olmadığını bildirir.

Müharibələrin qarşısının alınması və sülh siyasətinin formalaşması üzrə ixtisaslaşmış Beynəlxalq Böhran Qrupu bildirir ki, diplomatik cəhdlər olmasa, bu il Qarabağda döyüşlər qızışacaq, insan itkisi olacaq, köçkünlər artacaq.

Qrup bildirir ki, hər iki tərəf silahı bir-birini dağıdacaq həddədir. «Son hadisələr hər iki tərəfin qarşıdurmaya hazır olduğunu göstərir», deyə qurum xəbərdarlıq edir.

NATO da atəşkəsin qorunması üçün beynəlxalq cəhdləri artırmağa çağırıb.

Buna da bax: Cəbhədə bu dəfə nə baş verir? [video]

Biz Bakı sakinlərindən də soruşmuşuq ki, atəşkəsin bərpa olunması ilə bağlı beynəlxalq səyləri necə qiymətləndirirlər:

Münaqişədə beynəlxalq vasitəçiliyi necə qiymətləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Bakıda, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, şərhçi Elxan Şahinoğlu hesab edir ki, beynəlxalq cəhdlər indiki vəziyyətə adekvat deyil.

“Böyük dövlətlər münaqişənin miqyasını tam anlamırlar. Onlar indi daha çox Suriya, Ukrayna məsələləri ilə məşğul olurlar. Amma düşünmürlər ki, Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasında müharibə başlasa, bu hamının ziyanına olacaq. Genişmiqyaslı müharibə bütün bölgəni əhatə edəcək. Qərb ölkələrinin maraqlı olduğu böyük layihələrə təhlükə yarana bilər. Regional oyunçular, Türkiyə, İran bu münaqişədə rol ala bilər”.

Beynəlxalq Böhran Qrupu da yazır ki, Rusiyanın Yerevan, Türkiyənin isə Bakı qarşısında öhdəlikləri var, bu iki ölkə, üstəlik, İran da Qarabağ münaqişəsinə qarışa bilər.

Buna da bax:​ Sülh Platforması cəbhədəki döyüşlərdən narahatdır

Qrup yazır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rolu zəifləyib, sükan yalnız Moskvanın əlinə keçib.

Qrup, keçən ilin aprel döyüşlərindən sonra atəşkəsə Rusiyanın nail olduğunu xatırladır. Rəsmi Moskva isə martda üçtərəfli görüş planlaşdırır.

Rusiya nə qədər obyektiv vasitəçidir? Azərbaycanda bir çoxları düşünür ki, Rusiya Ermənistanı dəstəkləyir. Bu fikri dəstəkləyənlər həm də keçənilki aprel döyüşlərindən sonra Rusiya Ermənistana “Iskander” raket kompleksi göndərməsini xatırladırlar.

Buna da bax: Müdafiə Nazirliyi pilotsuz uçuş aparatı vurduğunu deyir

Moskvada siyasi təhlilçi Pavel E. Felgenqauer deyir ki, Kreml hər iki dövlətin onun tərəfdaşı olmasını istəyir.

“Hər iki tərəfə silah verir. Amma Ermənistan raket aldı. Rusiya çalışır ki, öz siyasətini balanslaşdırsın. Nəticədə hər iki tərəf narazıdır.

Hazırda müharibə ehtimalı kəskin artıb. Çünki tənzimlənmə yoxdur”.

AzadlıqRadiosu-nun erməni xidməti bildirir ki, “Iskander” raketi alandan sonra belə Ermənistanda hesab edənlər var ki, Rusiya münaqişədə Azərbaycanı dəstəkləyir, ona silah satır.

Buna da bax: Cəbhə xəttində döyüşlər olub, itkilər var

Beynəlxalq Böhran Qrupu isə bildirir ki, Rusiyanın təşəbbüsü ələ almasına başqa həmsədrlər biganədirlər. Çünki ABŞ-ın yeni prezidentinin administrasiyası Qarabağ məsələsiylə, hələ ki, maraqlanmayıb, Fransanın başı prezident seçkilərinə qarışıb… Avropa Birliyinin təsiri isə güclü olsa da, məhduddur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG