Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:10

Sülh Platforması cəbhədəki döyüşlərdən narahatdır


Azərbaycan ordusunun təlimləri,28 avqust 2015
Azərbaycan ordusunun təlimləri,28 avqust 2015

Azərbaycan-Ermənistan Sülh Platforması son günlər baş verən döyüşlərlə bağlı narahatlığını bəyan edib.

APA-nın məlumatına görə, Sülh Platforması fevralın 24-25-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı narahatlığını bildirir,itkilərin olması ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi keçirir.

“25 ildən çox uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı bizi dərindən üzür. Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha göstərir”, - bəyanatda qeyd edilir.

Sülh Platforması inanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür. Buna görə də Sülh Platforması tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll etməyə çağırır. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həlli istiqamətində qətiyyətli addımlar atmağa çağrılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG