Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 14:33

'Müharibə o halda ola bilər ki...'


Atəşkəs pozuntusuna Bakı və Tbilisidən hərbi ekspertlərin şərhi
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Atəşkəs pozuntusuna Bakı və Tbilisidən hərbi ekspertlərin şərhi

"...Bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir". Bunu avqustun 14-də "CNN Türk" kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib. O qeyd edib ki, Ermənistan rəhbərliyi də məğlubiyyətlə barışıb: "Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir".

Belədə suallar yaranır: Rusiya ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müəlliflərindən biridir, o, qalan iki tərəfdən birini, yəni, Ermənistanı niyə silahlandırır? Rusiya Ermənistanı silahlandırırsa, müharibə yenidən başlaya bilərmi?

A.Abbas
A.Abbas

""Parçala və hökm sür" siyasətindən faydalanmaq istəyirlər"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbasın "Turan"a bildirməsinə görə, Rusiyanın Ermənistanı silahlandırmasının əsas məqsədi odur ki, bölgədə gərginlik davam etsin: "Bu gərginlik Rusiya sülhməramlılarının Qarabağda qalmasına və bu ölkənin digər maraqlarına xidmət edir. Gərginlik Rusiyaya, Avropa ölkələrinə sərf edir, çünki "parçala və hökm sür" siyasətindən faydalanmaq istəyirlər".

Deputat qeyd edib ki, Rusiya həmişə Ermənistanı silahlandırıb.

"Rusiya sülhməramlılarının gözünün qabağında..."

Onun sözlərinə görə, Rusiyanın özü də imza atdığı 10 noyabr bəyanatına əməl etmir: "Rusiya sülhməramlılarının gözünün qabağında bizim mövqelərimiz atəşə tutulur, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxmalı idi, amma əksinə, indi onlar daha da orada mövqelərini möhkəmləndirirlər və Ermənistandan ora çoxlu silah-sursat, canlı qüvvə gəlir".

A.Abbas vurğulayıb ki, belə vəziyyət çox davam edə bilməz: "Bunun qarşısı alınacaq".

A.Qasımlı
A.Qasımlı

Politoloq Azər Qasımlının da AzadlıqRadiosuna bildirməsinə görə, Rusiya birinci dəfə deyil ki, Ermənistanı silahlandırır: "İndi də silahlandırır, gələcəkdə də silahlandıracaq. Bu gün Ermənistan ordusuna silah-sursat, texnika lazımdır. Ermənistan Rusiyanın strateji partnyorudur və Rusiya çalışır ki, onu gücləndirsin".

"Rusiyanın ənənəvi siyasəti, fəlsəfəsi dəyişmir"

Onun qeyd etməsinə görə, Rusiyanın ənənəvi siyasətinə uyğun olaraq vaxtaşırı Azərbaycana, vaxtaşırı da Ermənistana dəstək verir, məqsəd bu iki xalqı bir - birinə vuruşdurmaqdır: "Və yalnız vuruşduraraq müəyyən məqsədlərə çatsın. Bu nöqteyi-nəzərdən, Rusiyanın ənənəvi siyasəti, fəlsəfəsi dəyişmir".

Ekspertin fikrincə, Rusiya imkan verməz ki, hansısa bir tərəf burada güclü olsun: "Rusiya təkcə Ermənistana yox, vaxtı ilə Azərbaycana da silah satıb. 44 günlük müharibədə Rusiya yaşıl işıq yandırmasaydı, bu müharibə dönəmində uzun müddət susmasaydı, bu müharibə ya, ümumiyyətlə, olmazdı, ya da başlayan kimi bitərdi. Necə ki, 2016-cı ildə olub. Sadəcə, indiki oyunun məntiqi, razılaşmalar fərqli idi".

Ermənistanda hərbi təlimlər: Nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

"Genişmiqyaslı bir müharibə gözləmirəm"

A.Qasımlı hesab edir ki, müharibə ola bilər: "Amma müharibə yalnız o halda ola bilər ki, Azərbaycan öz milli maraqlarına, təhlükəsizliyinə uyğun olaraq hərəkət edə və Rusiyanın Azərbaycandan istədiklərini verməyə. Rusiya ilə Azərbaycanın arasında elə bir problemlər olarsa, təbii ki, müharibə mümkündür. Amma yaxın perspektivdə mən genişmiqyaslı bir müharibə gözləmirəm".

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG