Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Məhkəmə 'Putinin siyahısı' saytını bloklayıb


Moskvada Taqansk rayon məhkəməsi Azad Rusiya Forumunun “Putinin siyahısı” adlı lüstrasiya layihəsi saytının bloklanması barədə qərar qəbul edilib.

Bu barədə məlumat Roskomnadzorun saytında dərc edilib. Forum nümayəndələri məhkəmə qərarının surətini AzadlıqRadiosunun Rus xidmətinə təqdim ediblər.

Bu layihəyə Azad Rusiya Forumunun nəzərincə Rusiyada demokratik prosedurların pozulmasında, korrupsiya və təbliğatda əli olan şəxslər barədə açıq mənbələrdən toplanmış məlumatlar yerləşdirilir.

Hazırda bu siyahıda məmurlar, biznesmenlər, hakimlər və jurnalistlər də daxil 375 nəfər var.

Siyahının tərtibçiləri düşünürlər ki, bu sözü gedən şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinə və gələcəkdə Rusiyada keçirilə biləcək lüstrasiyaya dəstək verəcək.

Bu da qeyd olunur ki, “Putinin siyahısı”na əlavələr forum üzvlərinin açıq səsverməsi əsasında edilir.

2019-cu ilin dekabrında forumun nümayəndələri Andrey Illarionov, Ilya Ponomaryov və Ivan Tyutrin siyahını ABŞ Konqresinə təqdim etmişdilər.

Məhkəmənin qərarında deyilir ki, saytda “Rusiya məmurlarının ekstremist və terrorçu xarakterli cinayətlərdə iştirakına dair “qərəzli ittihamlar” yerləşdirilib”.

Bu məhkəmə qərarı martın 5-də çıxarılsa da, onun barəsində rəsmi açıqlama yenicə verilib.

Forumun mətbuat xidməti AzadlıqRadiosuna deyib ki, təşkilat məhkəmə qərarını senzura aktı kimi qiymətləndirir:

"Saytın bloklanması bizə onun gördüyü işin mühüm olduğu barədə əminlik verir və heç bir şəkildə işimizə mane ola bilməyəcək”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG