Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:29

Kreml bu kadrları əvvəlcə həvəslə yayıb, sonra hər yerdən silib...


Vladimir Putin - jumps on the jeep Mercedes ML to the monastery, goes out, opens his assault passage, the sacred prince will close the door.

Rusiya prezidenti Vladimir Putin-in mətbuat katibi Dmitry Peskov ötən gün Kareliyadakı Valaam adasına gəlmiş prezidentin burada cümə axşamı gününədək qalacağını bildirib.

Ladoqa gölündə yerləşən Valaam kişi monastırı prezidentin ən sevdiyi yerlərdən biridir. Onun bura hər səfəri hansısa sirlə müşayiət olunur. Budəfəki səfərdə isə Putin-in gizli bir yol yoldaşı var və onun qadın olduğu ehtimal olunur.

Avtomobili Putin-in özü idarə edir. O, Mersedes ML markalı cipdə monastıra yaxınlaşır, maşından düşür, arxa qapını açır, həmin sirli yol yoldaşı isə ondan qapını bağlamasını xahiş edir. Prezident belə də edir.

GİZLİ ŞƏXSİN VİDEOSU HƏR YERDƏN SİLİNİB

Bəs Putin-in bu gizli yol yoldaşı kimdir? Kadrlarda görünən əl onun qadın olduğunu deməyə əsas verir. Qeyri-rəsmi, qısaqol geyimdə olduğuna görə bu, dəqiq mühafizə xidməti əməkdaşı deyil. Onun dizinin üstündəki qırmızı çanta qadın çantasına bənzəyir. Həmin şəxs maşından düşmək istəmədi, barmağı ilə Putinə nəyisə göstərdi. Ucadan nəsə dedi, ancaq eşidilmədi. Prezidentsə cangüdənlərinin müşayiəti ilə yoluna davam etdi. Bundan sonra Valaamda çəkilmiş kadrlarda artıq bu adam görünməyəcək.

Buna da bax:​ Rusiya sərhədlərini Gürcüstanın içərilərinə çəkir

Valaam müəmması: Putin Ladoqa gölündəki yol yoldaşını niyə gizlədir?

Bu gizli şəxs kimdir? Deyəsən, bunu bilməyən təkcə biz deyilik. Məsələn, Kremlin mətbuat katibi Dmitry Peskov da bununla bağlı ilk şərhində belə deyib: "Xəbərim yoxdur". Üstündən bir saat keçmiş o, öz cavabında düzəliş edib: "Təhlükəsizlik".

Peskov-a inansaq, onda deməli, Putin qapını öz mühafizəçisi üçün açırmış.

Buna da bax: Trump deyir ki, Putinlə ‘çox yaxşı yola gedir’

Bu videogörüntülər Putin-in Valaama səfərinin ilk günü çəkilib və əsl müəmmaya çevrilib. Əvvəlcə bu videonu Kremlin mətbuat xidməti yayıb. Elə həmin gizli yol yoldaşı da bu kadrlara görə diqqəti cəlb edib. Sonra həmin video hər yerdən silinib. O artıq nə kremlin.ru saytında var, nə də fedeal televiziya kanallarının efirində.

Hələlik, yalnız "Zvezda" telekanalının saytında videonun tam versiyası var, onu silməyiblər.

QAPALI İNFORMASİYA

Ümumiyyətlə, Putin-in Valaam səfəri maksimum qapalıdır. Prezidentin ora nə zaman uçacağı, adada çoxmu qalacağı son günə qədər bildirilmirdi.

Buna da bax:​ Trump-ın oğlu Rusiya ilə əlaqədar e-mailləri dərc edib

Prezident adaya özünün adətən hər yerə apardığı mətbuat nümayəndələrini də aparmayıb. Onunla Valaama yalnız TASS agentliyinin bir müxbiri uçub. Telekanallardan monastıra yalnız Ümumrusiya Dövlət Teleradio Şirkəti (VQTRK) buraxılıb və “Rossiya 1” və “Rossiya 24” kanallarının efirində canlı yayım edib.

Vladimir Putin-in Valaamda olması qeyri-adi hadisə deyil. O, 2001-ci ildə prezident kürsüsündə ilk məzuniyyətlərindən birini də bu monastır adasında keçirmişdi. Bununla o, Yeltsinin hər yay Soçiyə getmək ənənəsini pozmuşdu. Elə o zaman da Putin-in istirahət edəcəyi yer barədə son ana qədər məlumat verilməmişdi.

MƏNƏVİ MÜƏLLİMİ BURADA YAŞAYIR?

Valaam Putin üçün xüsusilə müqəddəs bir yerdir. Bu, Rusiyanın bir çox dövlət başçıları üçün belə olub. Monastırın özünün yaranma tarixi rus dövlətində xristianlığın ilk əsrlərinə təsadüf edir. Rusiyanın bir çox imperatorları müntəzəm olaraq Valaamı ziyarət ediblər. Xüsusən də I Aleksandr və II Aleksandr bu adanı çox sevirdilər. 2012-ci ildə Valaamda Rusiya Coğrafiya Cəmiyyətinin toplantısı keçirilib. Bir sıra KİV-lərdə iddia olunur ki, Valamda "Putinin mənəvi müəllimi" yaşayır. Deyilənə görə, bu, monastırın yepiskopu Pankraty-dir.

Buna da bax:​ ABŞ-la Rusiya “qıcıqlandırıcı" məsələlərdən danışacaqlar

Valaamla bağlı daha bir müəmmalı məsələ var. 2014-cü ildə Valaamda Putin-lə bədii gimnast Alina Kabayeva-nın nikahının kəsildiyi barədə şaiyələr gəzir. O zaman səfərin özü barədə geniş məlumat verilmirdi. Yalnız yerli Kareliya KİV-ləri Valaamda prezidentin gəlişinin gözləndiyini bildirirdilər.

Son illər Putin-in ardınca Valaama onun ən yaxın ətrafından olanlar da getməyə başlayıb. Həmin şəxslərin Sankt-Peterburq ətrafındakı ənənəvi istirahət yerlərini Ladoqa gölünün sahilləri əvəzləyib. İndi prezidentin yaxın ətrafında, demək olar, hamının Valaamda bağ evi var. Valaam torpağının ən böyük sahibi olan "Praym" şirkəti isə iş adamları Yury və Boris Kovalchuk qardaşlarının nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG