Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00

Trump deyir ki, Putinlə ‘çox yaxşı yola gedir’


Donald Trump (sağda) və Vladimir Putin G20 sammitində
Donald Trump (sağda) və Vladimir Putin G20 sammitində

ABŞ prezidenti Donald Trump yenicə verdiyi müsahibədə deyib ki, o və Rusiya prezidenti Vladimir Putin bir-birilə “yaxşı, çox yaxşı yola gedirlər”.

Trump həmçinin ötən həftə Almaniyada keçirilmiş G20 sammitində Putinlə “əla görüşünün” olduğunu deyib.

Christian Broadcasting Network (CBN) telekanalının təsisçisi Pat Robertson-a iyulun 12-də müsahibə verən Trump deyib: “Düşünürəm ki, biz yaxşı, çox yaxşı yola gedirik və mən düşünürəm ki, bu yaxşı şeydir. Bu pis şey deyil”.

O daha sonra əlavə edib: “Adamlar deyirlər ki, ah, onlar yola getməməlidirlər. Yaxşı bu sözləri deyənlər kimdir? Mən düşünürəm ki, biz yaxşı, çox yaxşı yola gedirik”.

Xristian təmayüllü bu telekanal müsahibəni efirə iyulun 13-də verəcək, amma söhbətin mətnindən bəzi yerləri dərc edib.

Trump bu müsahibədə deyib: “Bizim yaxşı görüşümüz oldu. Bu, üzbəüz görüş idi. Uzun görüş idi. İki saat 15 dəqiqə çəkdi”.

Bundan sonra prezident söhbətinə belə davam edib: “Biz son dərəcə qüdrətli nüvə gücüyük, onlar da…Onlarla hər hansı bir şəkildə münasibətimizin olmamasının mənası yoxdur axı…”

Bundan sonra özünün seçki rəqibi Hillary Clinton-a hücum edən Trump deyib ki, Hillary prezident olsaydı, ABŞ hərbiyyəsi zəifləyəcəkdi.

Trump: “Biz dünyada ən qüdrətli ölkəyik və daha da qüdrətli olacağıq, çünki mən böyük hərbi şəxsəm”.

Trump habelə deyib ki, Suriyada atəşkəsin əldə edilməsi onun Putinlə ilk birgə uğurudur: "Biz bir bu işi gördük ki, Suriyanın böyük hissəsində atəşkəs etdik. Orda nəhəng xaos vardı və böyük qətllər vardı…4 gündür atəşkəs tutub. Çünki prezident Putin və prezident Trump razılığa gəliblər və bu, alınıb”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG