Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:27

ABŞ-la Rusiya “qıcıqlandırıcı" məsələlərdən danışacaqlar


Ağ Ev

Birləşmiş Ştatlarla Rusiya iki ölkə arasındakı əsas qıcıqlandırıcı məsələlərin həlliylə bağlı yüksək səviyyəli danışıqları bərpa edirlər. Bunu Dövlət Departamenti iyulun 11-də açıqlayıb.

Daha öncə Rusiya diplomatı xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar Nyu Yorkda və Merilenddə ələ keçirilmiş iki diplomatik məkanı qaytarmasa, cavab tədbirləri görüləcək. Həmin iqamətgahları Obama administrasiyası dekabrda müsadirə edib.

ABŞ dövlət katibinin köməkçisi Tom Shannon iyulun 17-də Vaşinqtonda Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov-u qəbul edəcək. Tərəflərin diplomatik iqamətgahlar məsələsini müzakirə edəcəyi gözlənir.

Ötən ay Moskva Shannon-la Ryabkov-un görüşünü təxirə saldı. Səbəb Xəzinədarlığın Rusiyaya Ukraynaya təcavüzə görə yeni sanksiyalar qoyması idi.

Dövlət departamentinin sözçüsü Heather Nauert deyib ki, “qıcıqlandırıcılar adlanan bu məsələlərin bəzilərinin həlli yollarını axtarırıq və Shannon bu istiqamətdə gərgin işləyir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG