Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 16:59

Azərbaycan dövlət başçısı Avstriya federal prezidenti ilə görüşüb


İlham Əliyev və Alexander Van der Bellen, Vyana, 29 mart 2019

Azərbaycan prezidenti İlham Əliyev-in martın 29-da Vyanada Avstriya Respublikasının federal prezidenti Alexander Van der Bellen ilə görüşü olub. Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Dövlət başçisi onunla Ermənistanın baş nazirinin görüşünə ev sahibliyi etdiyinə görə Avstriya tərəfinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanın Avstriya ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.

İ.Əliyev vurğulayıb ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsindən ötrü Birgə Əməkdaşlıq Şurası (BƏŞ) təsis olunub və onun Vyanada ilk iclası keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Vyanaya səfər edib. Martın 29-da Vyanadakı Bristol mehmanxanasında Azərbaycan prezidenti İ. Əliyev və Ermənistan baş naziri N. Pashinian-ın görüşü olub. Bu görüşə iki ölkənin xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri – Igor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti (Fransa) də qatılıbllar. Sonra iki lider danışıqları təkbətək formatda davam etdiriblər.Nəhayət sonda müzakirələrə yenidən xarici işlər nazirləri və həmsədrlər də qatılıblar.

Görüş 3 saatadək davam edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıblar.

Prezident İlham Əliyev və baş nazir Nikol Pashinian arasında Vyanada keçirilən danışıqların ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd edilir ki, görüş pozitiv, konstruktiv atmosferdə keçib və iki liderə müvafiq mövqelərini açıqlamaq imkanı verib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG