Keçid linkləri

2026, 28 May, cümə axşamı, Bakı vaxtı 20:11

Paşinyan 'böyük vətən' arzusuna son qoydu - Simonyan: 'Qarabağ tələ idi'


Paşinyan 'böyük vətən' arzusuna son qoydu - Simonyan: 'Qarabağ tələ idi'
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın irəli sürdüyü konsepsiya beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilindəki "real Ermənistan" ideyası üzərində qurulub. Bununla bağlı erməni xalqına müraciət edən baş nazir "daha böyük vətən" arzulamağı dayandırmağa çağırıb: "Biz artıq qaçqın deyilik; Ermənistan erməniləri, Qarabağ erməniləri və bütün dünya erməniləri Ermənistanda məskunlaşmalıdır". Ermənistan parlamentinin spikeri Alen Simonyan da bugünlərdə Almaniya mediasına müsahibəsində analoji mövqedən çıxış edib. O bildirib ki, ölkə real müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi: "Biz az qala 1991-ci ildə müstəqil dövlət olduğumuz real Ermənistanı itirəcəkdik. Artsax (Qarabağ) Ermənistan üçün bir tələ idi ki, o, heç vaxt müstəqil ola bilməsin".

XS
SM
MD
LG