Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:09

‘30 avqust tariximizdə əhəmiyyətli günlərdən biridir’


Keçmiş baş nazir Pənah Hüseyn
Keçmiş baş nazir Pənah Hüseyn

Bu gün avqustun 30-da Azərbaycanda müstəqillik bəyannaməsinin qəbulundan 25 il ötür. Həmin günün şahidlərindən biri, keçmiş deputat Pənah Hüseynlə o günü xatırlayırıq:

– Azərbaycanda müstəqillik gününün bərpası oktyabrın 16-da qeyd olunur, Konstitusiya Aktının qəbul olunduğu gün. 30 avqustda isə Ali Sovetdə müstəqillik bəyannaməsi qəbul olundu. Hər halda, hansı ortamda, hansı şəraitdə qəbul edilməsindən asılı olmadan həmin sənədin qəbulu Azərbaycan tarixinin əhəmiyyətli hadisələrindən biri idi. O vaxt «QKÇP»-dən (dövlət çevrilişi cəhdi, Dövlət Fövqəladə Vəziyyət Komitəsinin ölkə prezidenti Michail Gorbachov-u 3 günlüyə hakimiyyətdən uzaqlaşdırması – red.) sonrakı dövrlər idi, ölkədə ciddi daxili siyasi böhran yaşanırdı.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

30 avqust bəyannaməsinin qəbulu ölkədə əks-sədaya səbəb olmadı.

Bizim «Demokratik Azərbaycan» deputat qrupu səsvermədə iştirak etmədi. Bundan sonra müstəqilliyi daha ciddi, daha əsaslı şəkildə təsbit edən sənədin qəbulu və referenduma çıxarılması məsələsi gündəmə gəldi. Çünki müstəqilliyin bərpası elan edilsə də, SSRİ yaşamaqdaydı. Yeni federasiya yaradılması, müqavilə imzalanması haqda söz-söhbət gedirdi. Ona görə də bizim deputat qrupu daha ciddi sənədin qəbulunu tələb etdi. Bu da oktyabrın 16-da həyata keçirildi. Amma bir daha təkrar edirəm ki, «QKÇP»-dən sonra başqa respublikalarda da dalbadal belə sənədlər, müstəqillik bəyannaməsi qəbul edilirdi. Azərbaycanda da bu 30 avqust tarixinə düşdü. Bu, tariximizdə əhəmiyyətli günlərdən biridir.

Buna da bax: «Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir»

– Siz 16 oktyabrda qəbul edilən sənədi daha çox qabardırsınız, amma eyni zamanda, bəyannamənin qəbulunu da önəmli sayırsınız. Önəmini izah edərdiniz.

Konstitusion əhəmiyyətə malik olduğundan 16 oktyabrın sənədi daha önəmlidir.

– Məsələ o sənədin hansı gündə, hansı saatda qəbulunda deyil. Müstəqilliyə doğru addımlar atılması, sənədlərin qəbulu həm real əhəmiyyətə malik idi, həm də simvolik əhəmiyyətə. Müstəqilliyin bərpası tarixi baxımdan çox əhəmiyyətli idi. Sözün düzü, bizim deputat qrupunun həmin səsvermədə iştirak etməməsi üzündən sənədin qəbulu o qədər də təntənəli həyata keçirilmədi. Həmin dövrdə ölkə böhran yaşayırdı, prezident seçkiləri elan edilmişdi, AXC onu qəbul etmirdi. Hər halda, real olaraq sənədləşmə baxımından Konstitusiya aktının qəbulu bərpa olunmanın əsas günü sayılır. Həmin sənədin məzmunu, real olaraq konstitusion əhəmiyyətə malik müddəaların əksini tapması baxımından 16 oktyabr daha önəmlidir.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

– 30 avqustda bu sənəd qəbul ediləndə sıravi adamlar necə qarşıladılar onu?

– Açığı, bu bəyannamənin qəbulu ölkənin ictimai rəyində əks-sədaya səbəb olmadı. Sadəcə deklarativ sənəd kimi qəbul edilirdi. Onu təsbit edən Konstitusiya əsaslı müddəalar hələ ortada yox idi. Şüurlarda müstəqilliyin bərpası günü kimi 16 oktyabr qəbul edilir. Sənədin ictimai rəydə əks-səda tapmaması həm də ölkədə coşqun hadisələrin baş verməsi ilə bağlı idi. Sonradan tarixi fakt kimi dərsliklərə salındı, tarixi şüurumuzda yerini tapdı.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

– Müstəqilliklə bağlı bəyannamənin qəbulunu o zaman hiss etməyən vətəndaş indi müstəqil ölkənin vətəndaşı olmanın səfasını çəkə bilirmi?

Keçmiş baş nazir Pənah Hüseyn danışır [audio]
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00
Direct-ə keçid

– Tarixi hadisələr başqa məsələdir, real müstəqilliyin əldə edilməsi, iqtisadi-siyasi cəhətdən ölkənin müstəqil olması, demokratik cəmiyyət kimi formalaşması, demokratik inkişafı, çağdaş siyasi mədəniyyət standartları səviyyəsinə çatması başqa məsələdir. Azərbaycanın müstəqil dövlət olması onun hələ inkişaf etmiş, demokratik dövlətə çevrilməsi demək deyil. İlk növbədə, onun vətəndaşı azad olmalıdır, hüquq və azadlıqları təmin edilməlidir, o, iqtisadi baxımdan azad olmalıdır. Bu baxımdan, o zaman arzu etdiyimiz, nəzərdə tutduğumuz xəyallar hələ də gerçəkləşməyib. Bu məsələdə bizim nəslin də məsuliyyəti var.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG