Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:47

“Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir"


Fuad Ağayev
Fuad Ağayev

-

“Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir, referenduma çıxarıla bilməz”

Hüquqşünas Fuad Ağayev deyir ki, 155-ci maddə hüquqların məhdudlaşdırılması ilə bağlı təkliflərin Referenduma çıxarılmasını qadağan edir

“Konstitusiyanın 155-ci maddəsində deyilir ki, insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Bu Referendum Aktı layihəsində kifayət qədər məhdudlaşdırıcı təkliflər var”.

Hüquqşünas Fuad Ağayev AzadlıqRadiosuna açıqlamasında belə deyir. Onun sözlərinə görə, məhdudlaşdırıcı təkliflərin olduğu layihə referenduma çıxarılmamalıdır:

“Məsələn, “sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” müddəası. Bu təkliflər ortaya çıxmazdan qabaq belə fikirlər səslənirdi ki, oliqarxlar böyük torpaq sahələrini zəbt ediblər və onlarla mübarizə üçün addımlar atılacaq. İndi Konstitusiyanın 29-cu maddəsinə belə bir müddəa təklif edirlər ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Bu, artıq xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır və Konstitusiyanın 155-ci maddəsinə zidd olaraq referenduma çıxarılması nəzərdə tutulur”.

Son 8 ilin təcrübəsi

Fuad Ağayev deyir ki, sosial öhdəliyi birinci növbədə dövlət daşıyır, ikinci və hansısa dar çərçivədə sahibkar:

“Əgər belə bir ideya vardısa və vacib idisə, o zaman belə göstərilməlidi idi ki, xüsusi mülkiyyətə sahib dövlət və sahibkar sosial öhdəlik daşıyır. Yoxsa, hansısa adi vətəndaşın bir evi, ona bitişik bir torpaq sahəsi varsa, bu zaman onun sosial öhdəliklərə cəlb edilməsi növbəti mülkiyyət pozuntularına gətirib çıxara bilər. Son 8 ilin təcrübəsi bunu göstərir”.

Fuad Ağayev deyir ki, torpaqlardan səmərəli istifadə anlayışı da kifayət qədər məmur özbaşınalığına gətirib çıxara bilər:

“Nəticədə oliqarxlar yox, adi vətəndaşlar, sahibkarlar bundan zərər çəkəcək”.

“Sovet də imtina eləmişdi”

Hüquqşünas vurğulayır ki, seçkilərlə bağlı müddəalar da insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və məhdudlaşdırılması ilə bağlıdır:

“Bunlar da məhdudlaşdırıcı təkliflər olduğundan referenduma çıxarılması Konstitusiyaya ziddir”.

Fuad Ağayev vətəndaşlıqdan məhrum edilmə məsələsində “heç bir halda” sözünün çıxarılmasını və “onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla” ifadəsinin salınmasını da məhdudlaşdırıcı müddəa sayır. Onun sözlərinə görə, vətəndaşlıqdan çıxarma məsələsi sovet dövründə vardı və bu, böyük qalmaqal qoparırdı:

“Sovet vətəndaşı xaricə mühacirətə gedirdisə, onu vətəndaşlıqdan məhrum edirdilər. Mən ötən əsrin 60-cı illərindən danışıram. Bu, beynəlxalq etirazlar yaratmışdı. NəticədəSSRİ-nin son illərində vətəndaşlıqdan çıxarma ilə bağlı qanunvericilikdən imtina etdilər. İndi Azərbaycan bu sistemi tətbiq etməyə çalışır və bu, yolverilməzdir”.

“Legitim kim saymayacaq?”

“Bəs əgər məhdudlaşdırıcı təkliflər Konstitusiyanın 155-ci maddəsinin ziddinə referenduma çıxarılsa və qəbul edilsə, legitim sayılacaqmı” sualını Fuad Ağayev sualla qarşılayır: “Kim tərəfindən legitim sayılacaq?”O əlavə edir ki, cəmiyyətin müxalif qismi bu müddəalarla razılaşmayacaq:

“O ki qaldı cəmiyyətin başqa təbəqələrinə... bunu deyə bilmərəm. Konstitusiya Məhkəməsi rəy verməlidir, ancaq əfsuslar olsun ki, ali orqan heç də hər zaman baxdığı işlərə, nəzərdən keçirdiyi qərarlara onun öz funksiyasına uyğun şəkildə yanaşmır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG