Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39

'Oqtayın səhhətində irəliləyiş yoxdur'


Oktay Gülalıyev xəstəxanada

«Həkimlərin deməsinə görə, Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır».

Bunu bu gün, noyabrın 4-də AzadlıqRadiosuna hüquq müdafiəçisi O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun deməsinə görə, hüquq müdafiəçisinin səhhətində, hələlik, irəliləyiş yoxdur.

«İndiki sağlıq durumunu həkimlər II dərəcəli, yəni, nisbətən ağır dərəcəli koma vəziyyəti kimi dəyərləndirirlər. Beynində ödəm çoxdur, 7-ci, 9-cu və 14-cü günləri həkimlər kritik günlər kimi dəyərləndirirlər. Bunu həkimlər bizə bildiriblər. Həkim heyəti də əlindən gələni əsirgəmir», - F.Gülalıyeva bildirib.

'Oqtay Gülalıyevin vəziyyətində nə geriləmə var, nə də irəliləyiş'

“Oqtay Gülalıyevin hazırkı vəziyyətində nə geriləmə var, nə də irəliləyiş. O, hələ də komadadır”.

Bu açıqlamanı AzadliqRadiosuna bu gün, noyabrın 3-də Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib.

Firuzə Gülalıyevanın qeyd etməsinə görə, noyabrın 3-də həkim Arif Xasıyev-lə danışıb:

“Arif həkim dedi ki, əllərindən gələni edirlər, hələlik, xüsusi dəyişiklik yoxdur, Oqtay bəy komadadır”.

Xatıqlama

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video görüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan «City Hospital»a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Oktay Gülalıyevin son durumu necədir?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

O həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG