Keçid linkləri

Təcili xəbərlər
2023, 10 İyun, şənbə, Bakı vaxtı 22:19

Bir daha Rusiyada baş vermiş müəmmalı partlayış barədə


Burevestnik raketi

AzadlıqRadiosunun apardığı təhqiqata görə avqustun 8-də Rusiyanın Arxangelsk vilayətində partlayış bilavasitə raketin sınağı zamanı deyil, nüvə enerjisi qurğulu raketin dənizin dibindən qaldırılması cəhdi zamanı baş verə bilərdi.

Bu versiyanı Amerika kəşfiyyatına istinad edən CNBS telekanalı da təsdiq edib.

Bu versiyaya görə sözü gedən raket Dvin körfəzində 2018-ci ilin oktyabrında batıb. O vaxt Nyonoksa poliqonundakı sınaq uğursuz olmuş və belə görünür ki, raket sahilin yaxınlığında dənizin dibinə batmışdı.

AzadlıqRadiosunun jurnalistləri bildirirlər ki, bu il avqustun əvvəllərində bu raketin körfəzin dibindən qaldırılmasına cəhd edilib. Bu əməliyyatın keçirilməsi zamanı Ağ dəniz akvatoriyasına Rosatomflotun “Serebryanka” gəmisi gəlib. Bu gəminin funksiyası nüvə tullantılarının toplanması və nüvə başlıqlarının daşınmasıdır.

Körfəzə habelə “Zvyozdoçka” gıəmisi daxil olub. Bu gəminin isə yükqaldıran kranları var. Belə görünür ki, gəmi raketin qalıqlarını “Serebryanka” gəmisinə yükləməli idi.

Avqustun 12-də Nyonoksanın peykdən çəkilmiş fotosu
Avqustun 12-də Nyonoksanın peykdən çəkilmiş fotosu

Bu da xəbər verilir ki, hadisə yerində iki xüsusi ponton da olub. Bu pontonların üstündə raketin nüvə hissələrinin yerləşdirilməsi üçün mavi rəngli konteynerlər də olub.

Bildirilir ki, bu pontonlar Nyonoksada partlayışdan sonra peyda olub. Avqustun 8-dən sonra çəkilmiş fotolarda pontonlardan birinin zədələndiyi görünür.

“Serebryanka” gəmisi Dvin körfəzinə hələ 2018-ci ilin oktyabrında, Nyonoksada növbəti sınaqlar keçiriləndə daxil olmuşdu.

Təhqiqatçılar ehtimal edirlər ki, partlayan raketi start meydançasına məhz bu gəmi gətirib.

Bu da bildirilir ki, raketin dəniz dibindən qaldırılması zamanı nəsə nasazlıq baş verib və raketin yanacaq sektoru partlayıb.

Qeyd olunur ki, avqustun 8-də Rosatomun beş əməkdaşının ölümü ilə nəticələnmiş partlayış suyun altında baş verib.

Bu versiyanı Arxangelsk balıqçılarının sanatatur.ru saytı da təsdiq edir.

Burada qeyd olunur ki, partlayış vaxtı dalğalar yüzlərlə metr yuxarıya qalxıb və adamlar da məhz bu zaman həlak olublar. Onların güclü radiasiya şüalanmasına məruz qaldıqları bildirilir.

Təhqiqatçılar belə bir detala diqqət veriblər ki, radioaktiv tullantılar üçün nəzərdə tutulmuş mavi konteynerlər Kapustin Yarda “Burevestnik” raketinin sınağı zamanı da fotoşəkillərə düşmüşdü.

Kapustin Yardakı start meydançası ilə Nyonoksadakı meydançanın bənzərliyi burada məhz “Burevestnik” raketinin sınaqdan çıxarıldığını göstərir.

Belə bir versiyanı partlayışdan dərhal sonra prezident Donald Trump da səsləndirmişdi. O Twitter-də yazmışdı ki, Nyonoksada Rusiyanın Skyfall raketi sınaqdan çıxarılırdı. ABŞ-da “Burevestnik” nüvə mühərrikli raketini şərti olaraq belə adlandırırlar.

Prezident Putin 2018-ci ildə etdiyi illik müraciətində Qərbə məhz bu raketlə “hərbə-zorba” gəlmiş və onun qısa cizgi filmini nümayiş etdirmişdi.

XS
SM
MD
LG