Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:19

Novruz yarmarkalarının təşkili başladı


Bakıda Novruz yarmarkası (Arxiv)

"Ərzaq məhsullarının tədarükü və təchizatı" açıq səhimdar cəmiyyəti (ASC) də Novruz bayramı ilə bağlı satış-yarmarkaların təşkilinə start verib.

Bu barədə ASC-nin bu gün, martın 3-də yaydığı məlumatda bildirilir.

“Paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC satış-yarmarkalarına start verib”, məlumatda vurğulanır.

Yarmarkalar, Səbail, Nəsimi, Yasamal, və Suraxanı rayonlarında təşkil edilir.

“Yarmarkalarda əhaliyə təklif olunan məhsullar yerli istehsalçılardan tədarük olunub. Eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib.

Şənbə , bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq.

Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq”, məlumatda yazılır.

ASC bildirir ki, yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyi də 4 gün ərzində, martın 17-dən 21-nə qədər Bakıda və Sumqayıtda yarmarkalar təşkil edəcəyini açıqlayıb.

Xatırlatma

«Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılıb.

Sərəncamda bu qurumun yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını, emalını stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək və regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədi ilə izah edilib.
Habelə, bildirilirdi ki, bu qurum dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməlidir.

Son illər Yen il və Novruz bayramları ərəfəsində istər Bakıda, istərsə də əyalətlərdə kənd təsərrüfatı məhsulları yarmarkaları olur. Ancaq bəzi alıcılar şikayətlənir ki, yarmarkalarda bir sıra məhsullar bazarlardan ucuz olsa da, onların keyfiyyətləri yüksək olmur.

Bu il Azərbaycana bahar fəsli martın 20-də qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG