Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:45

'Prezidentinin Brüssel səfəri, mühüm əhəmiyyəti olan səfəri idi'


Azərbaycan prezidenti İlham Əliyev (sol) və Avropa Şurasının prezidenti Donald Tusk, Brüssel, 6 fevraı 2017

"Azərbaycan prezidentinin Brüssel səfəri, mühüm əhəmiyyəti olan səfəri idi".

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədova deyib. (APA)

Novruz Məmmədov Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik, iqtisadi, siyasi, enerji sahələr üzrə sıx əməkdaşlığın olduğunu bildirib.

N.Məmmədov deyir ki, bu proseslərdə Azərbaycan prezidenti ölkənin milli və dövlətçilik maraqlarını əsas götürür və addımlar atır:

“Avropa İttifaqı tərəfindən bir zamanlar Azərbaycana təqdim edilən assosiasiya sazişi Azərbaycan tərəfindən qəbul olunmadı. Biz orada müəyyən məsələlərin Azərbaycanın milli və dövlətçilik maraqlarına cavab vermədiyini qeyd edərək buna razı olmadıq. Biz əməkdaşlığın başqa formatını təklif etdik.Avropa İttifaqında da müəyyən məsələləri təhlil etdilər və bildirdilər ki, bu mümkündür”.

N.Məmmədov dövlət başçısı İlham ƏliyevinAvropa İttifaqı rəhbərliyi ilə aparılan danışıqları faydalı adlandırıb:

“Bu əlaqələrin davam etdirilməsi, inkişaf etdirilməsi və bütün sahələrdə dərinləşdirilməsi vacibdir”.

Azərbaycan Avropa İttifaqınən “Şərq Tərəfdaşlığı” proqramında daha 5 postsovet ölkəsilə (Ukrayna, Moldova, Gürcüstan, Belorus və Ermənistan) birgə iştirak edir. Moldova, Ukrayna və Gürcüstan bu əməkdşalığın nəticəsi olaraq 2014-cü ildə qurumla assosiativ üzvlüyə dair saziş imzalayıb. Azərbaycan isə bundan imtina edərək strateji xarakterli ikitərəfli saziş bağlamağa üstünlük verib. Hazırda bu sənədin üzərində iş gedir.

Bəzi ekspertlər sazişin imzalanmamasını rəsmi Bakının avroatlantik məkana inteqrasiya siyasətindən imtina etməsi kimi dəyərləndirir.

Azərbaycanla-ABŞ əlaqələrində elə bir problem yoxmuş

Ağ Ev, 25 yanvar 2017
Ağ Ev, 25 yanvar 2017

Novruz Məmmədov Azərbaycan-ABŞ əlaqələrinə də toxunub. O deyib ki, Azərbaycan həmişə ABŞ-la yaxşı münasibətlər qurmağa çalışıb.

O bildirib ki, bu proseslərdə Azərbaycanın dövlətçilik maraqlarının qorunması Azərbaycan prezidentinin əsas vəzifəsi olub:

"Bunu da həmişə əsas proses kimi aparırıq. Bu nöqteyi-nəzərdən müəyyən məsələ ilə bağlı narazılıq olanda açıq demişik, mövqeyimizi bildirmişik. ABŞ-la Azərbaycan arasında münasibətlər bu günə kimi çox yaxşı olub”.

Azərbaycan-ABŞ əlaqələrində elə bir problem olmadığını deyən N. Məmmədov əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyib:

“Azərbaycan elə regionda yerləşir ki, kiçik dövlət olsa da, mühüm dövlət olması faktdır. Bu illər ərzində böyük beynəlxalq layihələrin həyata keçirilməsində təşəbbüskar rol oynamışıq. ABŞ-ın yenin prezidenti Donald Tramp müəyyən mənada prezidentlik konsepsiyasını açıqlayıb, əvvəl daxili proseslərə diqqət yetirəcəyini deyib və ardınca bəzi xarici siyasət məsələlərini ortaya qoyub. Düşünürəm ki, iki ölkə arasında münasibətlərin genişlənməsinə, möhkəmlənməsinə maneə yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG