Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 12:36

NİDA-çı gəncin işi ilə bağlı hökumətə suallar gəlib


İlkin Rüstəmzadə

Avropa İnsan Haqları Məhkəməsi həbsdəki gənc fəal İlkin Rüstəmzadənin şikayətini araşdırmağa başlayıb.

Məhkəmə gəncin işi ilə bağlı Azərbaycan hökumətinə beş sual göndərib. Suallara gələn ilin aprelinədək cavab verilməlidir.

Bu haqda Avropa İnsan Hüquqlar Məhkəməsinin (AİHM) saytında bildirilir.

Saytdakı məlumata görə, gənc fəalın araşdırılan işi onun etiraz aksiyasında saxlanılaraq inzibati həbs edilməsi ilə bağlıdır.

Buna da bax:​ 2016: İl boyu cəzasız qalan işgəncələr [araşdırma]

AİHM-ə göndərilmiş şikayətdə nəql edilir ki, İ.Rüstəmzadə “Azad Gənclik” təşkilatının təsisçilərindən olub. O, 2013-cü ildə əsgər ölümləri əleyhinə etiraz aksiyalarının təşkilində də yaxından iştirak edib.

İ.Rüstəmzadə 2013-cü ilin aprelində Dövlət Neft Akademiyasında 4 il əvvəl baş vermiş terror aksiyasını anım yürüşünə qatılıb. Həmin yürüş zamanı onu polis saxlayıb. Bölmədə saxlanmasının səbəbləri, hüquqları ona izah edilməyib, vəkillə təmin olunmayıb.

Buna da bax:​ İ.Rüstəmzadənin işindən Avropaya 3 şikayət

Ardınca Nəsimi Rayon Məhkəməsi qapalı iclasda gənc fəala İnzibati Xətalar Məcəlləsinə əsasən 15 sutka inzibati həbs verib.

İ.Rüstəmzadə həmin qərarı yüksək məhkəmələrdə mübahisələndirsə də, onun şikayətlərinin heç biri təmin olunmayıb.

Gənc fəal AİHM-ə şikayətində iddia edir ki, yerli məhkəmələr şikayətlərinə baxarkən, onun Avropa Konvensiyasında nəzərdə tutulmuş 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (İfadə azadlığı hüququ) və 11-ci (Toplaşmaq hüququ) maddələri ilə qorunan hüquqlarını pozub. O, pozuntuların tanınmasını xahiş edib.

Buna da bax:​ "Niyə başqa NİDA-çıları buraxırlar, onu yox?"

İlkin Rüstəmzadə 2013-cü ilin mayın 17-də təkrar saxlanılıb. Xuliqanlıqda ittiham olunan gənc fəal 2014-cü il mayın 6-da məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Beynəlxalq Amnistiya Təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan İlkin Rüstəmzadəni "vicdan məhbusu" kimi tanıyıb.

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG