Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:22

-

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA hərəkatının fəalı İlkin Rüstəmzadənin həbsi ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayacaq.

Vəkil Nemət Kərimlinin Turan-a verdiyi məlumata görə, İ.Rüstəmzadəni xuliqanlıqda ittiham edən istintaq onun təqsirini sübut edə bilməyib.

İstintaq İ.Rüstəmzadəni Bakı bulvarında Harlem Shake rəqs flash-mobunu təşkil etməkdə və videosüjeti YouTube-da yerləşdirməkdə ittiham edib. Bu zaman işdə zərərçəkmiş olmayıb. Bu işdə müdafiə tərəfi AİHM-dən Rüstəmzadənin Konvensiyan;n 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsi üzrə hüquqlarının pozulmasını tanımağı xahiş edir.

Bir müddət əvvəl isə Avropa Məhkəməsi İ.Rüstəmzadənin 2013-cü ilin aprelində Neft Akademiyasındakı terrorun 4-cü ildönümü ilə bağlı aksiyaya görə? inzibati həbsindən şikayəti üzrə kommunikasiyaya başlayıb. Bu şikayətdə də Avropa Konvensiyasının 5-ci maddəsinin pozulması məsələsi qoyulub.

Üçüncü şikayətsə, İ.Rüstəmzadənin xuliqanlıq, kütləvi iğtişaşların təşkili, qanunsuz oalraq partlayıcı maddələr saxlamaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmə aiddir. Bu şikayəti vəkil Xalid Bağırov hazırlayıb.

Bu tək İ.Rüstəmzadə ilə bağlı yox, kollektiv şikayətdir. Digər fəallardanR.Axundovun, Z. Qurbanlının, M. Əzizovun da Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (obyektiv məhkəmə təhqiqatı hüququ), 10-cu (ifadə azadlığı), 11-ci (toplaşmaq azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hüdudları) maddələri üzrə hüquqlarının pozulmasına aiddir.

Bu barədə vəkil X. Bağırov bildirib. Yaxın günlərdə şikayət AİHM-əgöndəriləcək.

İ.Rüstəmzadə 2014-cü il mayın 6-da həbs edilmiş NİDA fəallarından həbsdə qalan son fəaldır. Bütün digər fəallar müxtəlif zamanlarda əvf olunublar.

İ.Rüstəmzadə Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Buna da bax: Rəşadət: "Müsbət nəticə çıxarıb irəli baxmağın tərəfdarıyam"

Günün bütün mövzuları

XS
SM
MD
LG