Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 20:08

Netanyahu İsrail-Fələstin konfransından imtina edib


Benjamin Netanyahu (sağ) Fələstin lideri Mahmud Abbas görüş zamanı, 30 sentyabr 2016

Parisdə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün beynəlxalq konfrans keçirilir.

70 ölkə və təşkilatın təmsilçisi foruma qatılıb.

Fələstin tərəfi konfransa qatılsa da, İsrailin baş Benjamin Netanyahu tədbirə qatılmaqdan imtina edib, bildirib ki, forum “antiisrail” xarekteri daşıyır.

İsrail və Fələstin arasında danışıqların sonuncu raundu 2014-cü ilin aprelində nəticəsiz yekunlaşmışdı.

ABŞ dövlət katibi John Kerry konfransa qatılmaq üçün Parisə gəlib, ancaq yeni ABŞ prezidenti seçilmiş Donalt Trump adminstrasiyasından kimsə tədbirə qatılmayıb.

Yerusəlimin statusu əsas mürəkkəb məsələlərdən biridir. Donald Trump seçki kompaniyası zamanı Yerusəlimi İsrailin paytaxtı kimi tanıyacağına söz verib də bildirib ki, ABŞ səfirliyini Tel-Avivdən Yerusəlimə köçürəcək.

Konfransdan əvvəl Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas deyib ki, səfirliyin Yerusəlimə köçürülməsi “sülh prosesinə kömək etməyəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG