Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Ukrayna məhkəməsi azərbaycanlı Nasirovu yüksək vəzifəsinə bərpa edib


Roman Nasirov
Roman Nasirov

Kiyev məhkəməsi milliyyətcə azərbaycanlı Roman Nasirovu Dövlət Maliyyə Xidmətinin başçısı vəzifəsinə bərpa edib.

Nasirov bu vəzifədən ötən yanvarda mənimsəmə şübhəlisi kimi həbs olunanda kənarlaşdırılmışdı.

Nasirovun vəkili Lyubomyr Drozdovskyy “Hromadske” telekanalına deyib ki, Ukrayna paytaxtındakı Regional İnzibati Məhkəmə bu barədə qərarı dekabrın 11-də çıxarıb.

Qərarda Nasirovun dərhal vəzifəsinə bərpa edilməsi və vəzifəsindən kənarda olduğu müddət üçün ona maliyyə kompensasiyası verilməsi nəzərdə tutulur.

Məhkəmə və Ukrayna rəsmiləri bu qərar barədə heç bir bəyanat verməyiblər, lakin Kiyev polisi Nasirovun vəzifəsinə bərpa olunması faktını AzadlıqRadiosuna təsdiq edib.

Nasirovun 2 milyard hrivnya (70 milyon dollar) dövlət vəsaitini mənimsəməsi barədə iddialar araşdırılır.

O Ukraynada mühakiməsi gözlənilən ən yüksək vəzifəli rəsmilərdən biridir. Birləşmiş Ştatlar, Avropa İttifaqı və donor təşkilatları Ukraynanın qərbyönlü hökumətindən baş alıb gedən korrupsiyanın cilovlanmasını tələb edirlər.

Nasirov Milli Antikorrupsiya Bürosu onu bir sıra vergi ödəyicilərini vergidən müddətli azad etməkdə günahlandırdıqdan sonra həbs edilmişdi.

Bu vergiödəyənlərdən biri də 2016-cı ildə barəsində aparılan korrupsiya araşdırmasına görə ölkədən qaçmış bir millət vəkilinin şirkəti idi.

2017-ci ilin martında həbsxanadan azad olunsa da, Nasirov elektron bilərzik gəzdirməyə borclu idi və rəsmi icazə olmadan Kiyevdən çıxa bilməzdi.

Qərb rəsmiləri deyirlər ki, korrupsiya Ukraynaya Rusiyanın nüfuz təsirindən xilas olmaqda maneçilik törədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG