Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:05

Ukraynanın keçmiş vergi başçısı vergidən yayınmaqda ittiham edilir


Roman Nasirov

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzinin (OCCRP) saytında dərc edilmiş məqalədə deyilir ki, Ukrayna prokurorları noyabrın 13-də ölkənin keçmiş vergilər rəhbəri və prezident Poroşenkonun yaxın adamı Roman Nasirova qarşı cianyət işi qaldırıblar.

İttihamnamədə deyilir ki, Nasirov vəzifəsindən sui-istifadə və sənədlərin saxtalaşdırılması vasitəsilə 75 milyon dollarlıq vergidən yayınmaya yol verib.

Kiyev Post qəzetində dərc edilmiş xəbərdə deyilir ki, Ukrayna Xüsusi Antikorrupsiya Prokurorluğu Ukrayna Maliyyə Xidmətinin keçmiş rəhbəri Roman Nasirovu qaçaq millət vəkili Oleksandr Onişşenkoya bağlı şirkətlərin qaz sövdələşməsi ilə əlaqədar vergi ödənişlərinin gecikdirlməsinə imkan yaradıb.

Poroşenkonun yaxın adamı sayılan Nasirov ötən martda zaminə buraxılıb
Poroşenkonun yaxın adamı sayılan Nasirov ötən martda zaminə buraxılıb

AzadlıqRadiosu yazırdı ki, milliyyətcə azərbaycanlı Nasirov martın 2-də həbs edilsə də, 5 gün sonra 3, 7 milyon dollar ödəməklə zaminə buraxılmışdı.

Üç aylıq istintaqdan sonra prokurorluq özünün Facebook səhifəsində bildirib ki, Nasirovun müdafiə komandası onun barəsində həbs qətimkan tədbirinin lüzumsuzluğuna dair kifayət qədər dəlil təqdim edə bilməyib.

Məlumatda deyilir ki, ittiham olunan şəxsin şübhəli bilindiyi cinayətlərdə təqsirli olduğunu göstərən kifayət qədər sübutlar var.

Əgər təqsiri isbat edilərsə Nasirovu 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorlar məhkəməni 5 gündən gec olmayaraq bu iş üzrə dinləmələrə başlanmasına çağırıblar.

Bundan başqa Ukraynanın maliyyə naziri Oleksandr Danilyuk deyib ki, o Nasirovun 2017-ci ilin yanvarında Donald Trump-ın inaqurasiya mərasiminə getməsinin əleyhinə olub.

Nazir habelə Nasirovun bu mərasimə qatılmaq üçün biletə ödədiyi 250 min dolların onun maliyyə bəyannaməsinə daxil edilib-edilməməsinin araşdırılmasına çağırıb.

Lakin Ukrayna Korrupsiya Əleyhinə Milli Agentliyi bildirib ki, Nasirov inaqurasiyaya gedərkən heç bir maliyyə pozuntusuna yol verməyib, beləki inaqurasiyada “amerikalı dostların” dəvəti ilə iştirak edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG