Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Ukraynada ilk dəfə yüksək vəzifəli şəxs korrupsiya ilə həbs edilir, o da...


Həbs olunan Roman Nəsirov.

Kiyev məhkəməsi Ukrayna Dövlət Maliyyə Xidmətinin rəhbəri, azərbaycanəsilli Roman Nəsirov haqqında həbs qərarı çıxarıb. Bu hökm, geniş mənada, ölkənin müstəqil antikorrupsiya agentliyinin və vətəndaş cəmiyyətinin qələbəsi kimi qəbul edilir.

Məhkəmə Roman Nəsirovun 60 gün həbsdə qalmasına hökm verib.

Nasirovu pasportunu təhvil verməyə məcbur edən hakim 100 milyon qrivna (təxminən 3,7 milyon dollar) ödəyərsə, onu ev dustaqlığına buraxacağını deyib. Bu, Ukraynada bu vaxtadək görünməyən həcmdə böyük zaminlik haqqıdır. Düzdür, Roman Nəsirov bu məbləği ödəyəndən sonra da elektron monitorinq qolbağını taxmalıdır.

Buna da bax:​ Ukraynada saxlanan azırbaycanlı məmuru məhkəməyə xərəkdə gətirdilər

Məşhur sual: Kimdir günahkar?

Prezident Petro Poroshenko-nun müttəfiqi olan Roman Nəsirov martın 3-də vəzifəsindən kənarlaşdırılıb. O, deputat Oleksandr Onyshchenko-nun xeyrinə olmaqla, dövlətə qarşı 2 milyard qrivna (təxminən 74 milyon dollar) dəyərində fırıldaq işlətməkdə suçlandırılıb.

Onyshchenko-nun özü ötən il ölkədən qaçıb. Kiyev onu ölkənin əsas qaz təchizatçısından 64 milyon dollar oğurlamaqda ittiham edir. O isə dövlət şirkətlərindən pul oğurlamaqda prezident Poroshenko-nu günahlandırıb. Prezident administrasiyası bu ittihamları rədd edir.

Oleksandr Onyshchenko
Oleksandr Onyshchenko

Ukrayna hüquq-mühafizə orqanlarının Oleksandr Onyshchenko-ya əli çatmasa da, Roman Nəsirova çatır. Nəsirovun işi Ukraynanın vətəndaş cəmiyyətini və antikorrupsiya fəallarını çox həvəsləndirib. Onlar yüksək səviyyəli məmurlar arasında korrupsiya ilə mübarizədə bu işi dönüş nöqtəsi sayırlar.

Artıq çox böyük iş görülüb?

"Nəticədən asılı olmayaraq, biz artıq çox böyük iş görmüşük", - deputat və antikorrupsiya fəalı Mustafa Nayyem-in sözləridir. O, martın 7-də Facebook-da nümayişçiləri Roman Nəsirovun buraxılmasını əngəlləmək üçün məhkəmə binası ətrafına toplaşmağa çağırmışdı.

Buna da bax: Azərbaycanlı məmur 75 milyon dolları məsrəf etməkdə şübhəli bilinir

Mustafa Nayyem-in sözlərinə görə, özünü "toxunulmaz" sayan güclü fiqurlar indi "prezidentin yaxın dostu olsalar da" məsuliyyətə cəlb edilməyin "dadını biləcəklər".

Beynəlxalq maliyyə qurumları daha böyük islahatlara gedilməsə və korrupsiyayla mübarizədə irəliləyiş olmasa, ölkənin maliyyə sistemi və milli valyutanın xilası üçün nəzərdə tutulan milyardlarla dollar krediti bloklayacaqlarını deyiblər. Ötən il aralarında nazirlərin və Odessa qubernatorunun da olduğu bir neçə yüksək vəzifəli məmur korrupsiyanı dayandırmaq üçün siyasi iradə olmaması ittihamı ilə istefa verib.

Kiyevdə yerləşən Antikorrupsiya Fəaliyyət Mərkəzinin icraçı direktoru Daria Kalenyuk Roman Nəsirovun həbsini 1991-ci ildən bəri ən böyük "tarixi olay" adlandırır.

“Müstəqillikdən bəri ilk dəfədir ki…”

"Ukraynanın müstəqillik qazanmasından bəri ilk dəfədir ki, hər gün milyonlarla vəsaitin ötürülməsinə qatılan yüksək vəzifəli şəxs korrupsiya ittihamı ilə həbs edilir", - Daria Kalenyuk AzadlıqRadiosu-na belə deyib.

Buna da bax:​ Ukrayna da Şengen zonasının 1 addımlığında

Prezident Petro Poroshenko Milli Antikorrupsiya Bürosunun (NABU) Roman Nəsirova qarşı iddiasını alqışlayıb. Maraqlıdır ki, Roma hələ 2014-cü ildə prezidentin blokundan parlamentə seçilmişdi. Prezident bu işi Ukraynada antikorrupsiya islahatlarının effektivliyinin "parlaq nümunəsi" adlandırıb.

Ukraynadakı son siyasi dram martın 2-də başlayıb. NABU müstəntiqləri onun işi ilə məşğul olanda Roman Nəsirov infarkt keçirdiyini iddia edib. Daha sonra huşunu itirmiş təsiri bağışlayan Roman xərəkdə xəstəxanaya aparılıb. Burada rəsmilər ona ittiham oxuyublar. Ancaq vəkilləri onun qanunsuz həbs edildiyini deyirlər.

Martın 5-də isə məhkəmə iclasını aparmağa hakim tapılmayıb. Həmin gün gecəyarısı 72 saatlıq həbs müddəti bitirmiş. Yüzlərlə etirazçının Roman Nəsirovun buraxılmasını əngəlləmək üçün məhkəmə binasının ətrafında yaratdığı blokada martın 6-dək davam edib.

"Biz digər korrupsiyalaşmış məmurlar kimi, onun da qaçmasına imkan verə bilməzdik", - deputat Mustafa Nayyem belə deyir.

Buna da bax:​ Haaqa məhkəməsində Rusiya və Ukraynanın dinləmələri başlayır

Roman Nəsirovun Macarıstan və Britaniya pasportları olduğundan, fəallar onun ölkədən qaçacağından ehtiyat edirdilər.

Onlayn ictimai gəlir bəyannamələri bazasında Roman Nəsirovun həyat yoldaşı ilə birlikdə 2,2 milyon dollar məbləğində nağd pula malik olduğu görünür.

Möhtəşəm qələbə?

Martın 6-da hakim, nəhayət, məhkəməyə gəlib. Məhkəmə iclası ertəsi gün gecə saat 3:13-dək çəkib. Beləcə, Roman Nəsirova 2 ay həbs cəzası verilib.

Ukrayna vətəndaş cəmiyyəti, özəlliklə antikorrupsiya fəalları bu xəbərdən çox seviniblər. Bəziləri sosial medada bunu "möhtəşəm qələbə" adlandırıblar.

Ancaq bəzi ekspertlər baş verənlərin Ukraynada yeni siyasi böhrana yol açacağından narahatdır.

Kiyevdə yerləşən Penta Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Volodymyr Fesenko Nəsirovun işini "qorxulu" adlandırıb. O deyib ki, bu hadisə, ən azı, yaxın bir neçə ayda Ukraynanın siyasi həyatında əsas amillərdən biri olacaq. Transparency International təşkilatının 2016-cı ilə dair Korrupsiya İndeksində Ukrayna 176 ölkə arasında 131-ci yeri tutur.

Buna da bax:​ Kiyev deyir ki, ABŞ ona “Rusiya təcavüzünə” qarşı dəstək verir

Yeni etirazlar dalğası?

Mustafa Nayyem deyir ki, yaxın "4-5 ay boyunca" Kiyevdə yeni etirazlar dalğası qopacaq: "Bəli, bizim prokurorlarla, məhkəmə sistemi ilə, səriştəsiz NABU ilə problemlərimiz var. Ancaq bizim həm də… işcanlı vətəndaş cəmiyyətimiz var və bu cəmiyyət ədalət tələb edir".

Daria Kalenyuk isə deyir ki, burada xüsusi, müstəqil antikorrupsiya komitəsinin yeri görünür. Fəallar ilin sonunadək belə bir məhkəmənin yaradılacağına ümid bəsləyirlər.

Kiyevin Qərbdəki müttəfiqləri, o cümlədən ABŞ da bu təşəbbüsü dəstəkləyir.

Daria Kalenyuk-un sözlərinə görə, məhkəmə yaradılanadək vətəndaş cəmiyyəti və media Roman Nəsirovun işinin sona çatdırılması üçün basqılarını davam etdirməlidir:

"Bu işə davamlı diqqət olduqca, məhkəməni sabotaj etmək daha da çətinləşəcək".

Günün bütün mövzuları

XS
SM
MD
LG