Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:41

Kiyev deyir ki, ABŞ ona “Rusiya təcavüzünə” qarşı dəstək verir


AB, dövlət katibi Rex Tillerson (sağda) Ukrayna xarici işlər naziri Pavlo Klimkini Dövlət Departamentində qəbul edib

Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin dediyinə görə ABŞ dövlət katibi Rex Tillerson Kiyevə onun Rusiya ilə qarşıdurmasında Vaşinqtonun dəstəyinin davam edəcəyini vəd edib.

AzadlıqRadiosunun müxbiri Carl Schreck yazır ki, Klimkin bu bəyanatı martın 7-də Tillersonla görüşdən sonra Dövlət Departamenti binasının qarşısında verib.

Bundan əvvəl Ukrayna və onun Qərbdəki dəstəkçiləri arasında Trump-ın Rusiyaya münasibətdə yumşaq mövqe tutacağı barədə narahatlıq vardı.

Buna baxmayaraq, yeni administrasiya indiyədək Rusiya üzərinə Krımın ilhaqı ilə bağlı 2014-cü ildə qoyulmuş sanksiyaların davam edəcəyini rəsmən elan edib.

"Tillerson məni əmin etdi ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsində Kiyevə davamlı dəstək verəcək və Ukrayna ABŞ-ın regiondakı əsas partnyorlarından biridir…” – deyib Klimkin.

Rusiya Ukraynanın şərqindəki separatçılara silahlar və canlı qüvvə ilə dəstək verməsinə dair Kiyev, NATO, Avropa İttifaqı və Birləşmiş Ştatların ittihamlarını rədd edir.

Trump özünün seçki kampaniyası zamanı Rusiya üzərinə Krımın ilhaqına cavab olaraq Barack Obama tərəfindən qoyulmuş sanksiyaların qaldırılması məsələsini nəzərdən keçirəcəyini deyirdi.

Lakin Trump-ın inaqurasiyasından sonra, Tillerson da daxil, yeni administrasiyanın rəhbərləri Rusiyadan Krımı Ukraynaya qaytarmağı və ölkənin şərqindəki zorakılıqlara son qoymağı tələb ediblər.

AzadlıqRadiosu yazır ki, Dövlət Departamenti bu xəbərlə bağlı hələlik heç bir şərh verməyib.

Bununla yanaşı departamentin sözçüsü Mark Toner Ukrayna xarici işlər nazirinin bəyanatında deyilənləri ümumilikdə təsdiq edib.

O deyib ki, sanksiyaların Rusiyanın Minsk razılaşmalarına əməl etməsinə bağlılığı prinsipi qüvvədə qalır.

Martın 7-də jurnalistlər üçün brifinqdə Toner deyib ki, Tillerson və Klimkin həm Ukranynanın daxili məsələlərini, həm də Minsk razılaşmasına əməl edilməsinin vəziyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Tillersonla görüşdən bir neçə saat sonra Klimkin ABŞ Senatının maliyyə dəstəkləri məsələlərinə baxan komitəsinə deyib ki, dövlət katibi ona Moskva və Vaşintonun yaxınlaşması üçün Kiyevin sövdələşmə predmeti olmayacağına dair güclü siqnal verib.

O əlavə edib ki, buna bənzər təminatı Ukrayna prezidenti Petro Poroşenko ilə söhbətində Donald Trump da verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG