Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 14:18

Ukraynada saxlanan azırbaycanlı məmuru məhkəməyə xərəkdə gətirdilər


Roman Nasirov

Ukrayna Dövlət Fiksal Xidmətinin vəzifədən kənarlaşdırılan rəhbəri Roman Nəsirov martın 6-da Solomensk rayon məhkəməsinə gətirilib.

Bu barədə martın 6-də AzadlıqRadiosunun Ukrayna xidməti məlumat yayıb.

Qeyd edək ki, Roman Nəsirov əslən azərbaycanlıdır.

Mənbə keçmiş məmurun məhkəməyə xərəkdə gətirildiyini xəbər verir.

Unian.net saytının yazdığına görə, müdafiə tərəfi prosesin əvvəlində Nəsirovun müalicə olunması üçün “Feofaniya” klinikasına qaytarılması barədə vəsatət qaldırıb.

Onun vəkillərindən biri Aleksandr Lısakın sözlərinə görə, iki gündür ki, Nəsirova lazımi tibbi yardım göstərilmir.

Bundan başqa vəkil deyib ki, ittiham tərəfi Nəsirovun məhkəmə iclasında iştirak edə bilməsi ilə bağlı hələ ki, sübut göstərməyib.

Amma məhkəmə Nəsirovun klinikaya qaytarılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Bundan sonra müdafiə tərəfi onun tibbi-ekspertizadan keçməsi barədə vəsatət qaldırıblar.

Proses davam edir.

Qeyd edək ki,Nəsirov 75 milyon dollar məbləğində dövlət əmlakını məsrəf etməkdə şübhəli bilinir. Buna da bax.

Günün bütün mövzuları

XS
SM
MD
LG