Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:37

Müsavatçıdan xəbər yoxdur


Polis

Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı ilə əlaqə saxlamaq mümkün deyil.

Bu barədə AzadlıqRadiosuna danışan partiyanın başqanı Arif Hacılı deyib ki, R.Əmiraslanlı bu gün, noyabrın 11-də saat 10:00-da Binəqədi rayon Polis İdarəsinə gedib və ondan hələ də xəbər yoxdur: «Saat 14:00-a partiyanın Divanın iclası təyin edilib və Razim bəy başqanın təşkilat məsələlər üzrə müavini olaraq bildirmədən bu iclasa gəlməyə bilməzdi. Biz şübhələnirik ki, ya onu polis saxlayıb, ya da başına digər xoşagəlməz hadisə gəlib. Onu son günlər ərzində artıq üçüncü dəfədir çağırıblar. Bundan əvvəl R.Əmiraslanlını Binəqədi Rayon Polis İdarəsinə və Bakı Şəhər Baş Polis İdarəsinə çağırmışdılar».

A.Hacılının vurğulamasına görə, son günlər 100-ə yaxın partiya üzvü polis orqanlarına çağırılıb: «Bu çağırışlar piketlə bağlıdır və təkcə Bakıda baş vermir. Ölkə üzrə Müsavatın bütün rayon təşkilatların rəhbərliyi və üzvləri polisə çağırılır».

Bu deyilənləri, hələlik, Binəqədi Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Amma Azərbaycanın hüquq-mühafizə orqanları, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə basqı ilə üzləşmir.

Müsavatdan fəalların, hələ də polisə çağırıldığını deyirlər

“ Bu gün, noyabrın 10-da Müsavat Partiyasının müxtəlif rayon təşkilatlarının bəzi fəalları yerli polis idarələrinə çağrılaraq xəbərdarlıq edilib”.

Bunu Azadlıq Radiosuna partiya başqanının müşaviri Fərəc Kərimli deyib. Fərəc Kərimli söyləyib ki, partiyanın üzvlərindən Cahangir Əmirxanlı, Niyazi Nəsir, Valeh Hümbətoğlu, Namiq Niftiyev və Ramiz Xəlil polis bölmələrinə çağrılaraq xəbərdarlıq ediliblər.

Onun deməsinə görə, partiyanın bəzi fəallarının yaşadıqları binanın önündə də polislər dayanıb.Xəbərdarlığın Müsavat Partiyasının nəzərdə tutduğu piketlə bağlı olduğu söylənir.

Amma bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Müsavatçılar onlara xəbərdarlıq olunduğunu deyirlər

“Noyabrın 12-nə nəzərdə tutduğumuz piket ilə bağlı bu gün, noyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsində olduq”

Bunu AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlı deyir ki, idarədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasına cavab məktubu oxunub. Onun vurğulamasına görə, ardınca da Bakı Şəhər Prokurorluğunun nümayəndəsi onların xəbərdarlıq məktubunu diqqətə çatdırıb .

G.Aslanlı vurğulayır ki, onlar da öz növbələrində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uygun dinc aksiyanın keçirilməsində israrlı olduqlarını bildiriblər:

“Qarşı tərəfə də bizə dedi ki, BŞİH sizinlə razılşamayıb, siz də razlaşdırılmamış askiyaya çıxmayın, əgər çıxacaqsınızsa, qanunun həbsə qədər bütün variantlarından istifadə olunacaq...”.

G.Asalnlının deməsinə görə, sonda xəbərdarlıqla bağlı məktubu imzalamaları istənsə də, bundan imtina ediblər.

Bu deyilənlərə, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

***

“Son günlər Müsavat Partiyasının 40-a qədər üzvü polisə çağırılıb”

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 9-da Müsavat Partiyasının Mətbuat xidmərinin rəhbəri Müstafa Hacıbəyli bildirib.

Onun sözlərinə görə, polisə çağırılanlarla patiyanın noyabrın 12-nə təyin etdiyi aksiyada işitrak edib-etməyəckləri ilə bağlı söhbət olub.

“Hələlik, saxlanan yoxdur, amma təzyiq davam edir”-deyə M.Hacıbəyli bildirib.

M.Hacıbəyli qeyd edib ki, noyabrın 9-da partiya rəhbərliyinə daxil olan G. Aslanlı, S. Soltanlı, F. Kərimov və R. Əmiraslanlı da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediliblər.

Amma Mustafa Hacıbəylinin bu dediklərini, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, ölkədə heç kim dinc siyasi faliyyətinə və tənqidi mövqeyinə görə təzyiqlərlə üzləşmir.

Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Amma Bakı Şəhər İcra Hakimiyyəti ilə aksiyanın yeri ilə bağlı razılaşma əldə edilmədiyindən mitinq təxirə salındı. Daha sonra, partiya noyabrın 12-nə piket elan etdi. Amma bu aksiyanı isə şəhər rəhbərliyi məqsədəuygun saymayıb. Müsavat Partiyası rəhbərliyi isə piket keçirməkdə israrlı olduqlarını bəyan edib.

Mitinqdə «Siyasi məhbuslara azadlıq», «Repressiyalara son» kimi şüarların səsləndirilməsi planlaşdırılırdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların mövcudluğu və repressiyaların aparılması fikri ilə razı deyillər. Onlar deyirlər ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Piketin isə sərbəst toplaşmaq azadlığı ilə bağlı keçiriləcəyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG