Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Polisə aparılan müsavatçı xanım sərbəst buraxılıb


Polis

Müsavat Partiyasının fəalı Raymonda Əliyeva axşam saatlarında Xətai Rayon Polis İdarəsindən sərbəst buraxılıb.

Bunu Azadlıq Radiosuna partiyanın aparat rəhbəri Gülağa Aslanlı xəbər verib.

Onun deməsinə görə, polisdə Əliyevanı Facebook-dakı statusları ilə bağlı dindiriblər.

”İradlar xüsusən, qaz və elektrik enerjisi qiymətlərinin artırılması mövzusundakı məzmunla bağlı olub. Əliyeva polisdə deyib ki, o, qanunu pozmayıb və onun fikirləri ifadə azadlığına uyğundur”.

Buna da bax:​ Müsavat fəalının polisə aparıldığı deyilir

G.Aslanlının sözlərinə görə, dekabrın 2-də daha bir neçə nəfər bənzər səbəblərlə polisə çağırılıb. O, bunu hüquq-mühafizə orqanlarının vətəndaşların sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət, ifadə azadlığına təhlükə kimi dəyərləndirib

Raymonda Əliyeva dekabrın 2-də Xətai Rayon Polis İdarəsinə aparılmışdı. Bir neçə saat saxlanıldıqdan sonra polis onu evinə aparmış, şəxsi noutbuku götürdükdən sonra təkrar idarəyə qaytarmışdı.

Xətai Rayon Polis İdarəsindən baş verənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Buna da bax: Facebook-da bir posta görə polisə düşdü

Tarif Şurası noyabrın 28-də enerji daşıyıcıların qiymətlərini artırıb.

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Aylıq məsrəf 250 kwt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.

Multimedia

XS
SM
MD
LG