Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Facebook-da bir posta görə polisə düşdü


Facebook
Facebook

«... Sanki harada axmaq insanlar var, axtarıb-tapıb, seçib polis orqanlarına yığıblar. Belə olan halda, biz polislər ilə cinayətkarlar arasında hansısa fərqi necə qoya bilərik? Axı hal-hazırda polis bizi qorumur, biz özümüzü polisdən qorumağa çalışırıq, düz deyil? Məsələn, hansısa cinayət törətmədiyin halda evindən narkotik, silah, qanunsuz əşyalar tapıla bilər. Ateist olduğun halda «nurçu», «vəhhabi», «terrorist» damğası ilə səni həbs edə bilərlər. Biz bu hallar ilə o qədər qarşılaşmışıq ki, artıq bu məsələ bizə o qədər də dəhşətli gəlmir».

«QARDAŞIM YOX, MƏN YAZMIŞDIM»

Bu, noyabrın 28-də Orxan Əliyev adlı Facebook istifadəçisinin səhifəsində yer alan postdur. Orxanın qardaşı Azər Zeynalov AzadlıqRadiosunun «Qaynar xətt»inə deyir ki, qardaşı sosial şəbəkələrdə Orxan Əliyev adıyla yazır. Dekabrın 1-də Nəsimi rayon Polis İdarəsinin 28-ci bölməsinin əməkdaşları qaldıqları ünvana gələrək Orxanı özləri ilə aparıblar: «İkimiz eyni səhifədən yararlanırıq. O postu qardaşım yox, mən yazmışdım. Ancaq məni dinləmədilər, Orxanı apardılar. Sonra da xəbər tutduq ki, onu bölmədə «fb»dəki həmin posta görə hədələyiblər. Üstəlik də üzünə adam durğuzublar. Guya Orxan həmin adamı 3 il öncə məsciddən çıxanda beşbarmaqla başından vurub. Halbuki, bir-birlərini ilk dəfə polisdə görüblər. Qardaşım həmin adamdan nəyə görə 3 il sonra müraciət etdiyini soruşanda deyib ki, guya hadisə baş verən vaxt hara və necə müraciət edəcəyini bilməyib».

QARDAŞINI VƏ ANASINI DA POLİS APARIB

Orxan Zeynalov kompüter təmiri yerində işləyir. Facebook səhifəsindəki postlarında ölkənin ictimai həyatındakı hadisələrə vaxtaşırı fikrini bildirir.

«Qaynar xətt» 28 saylı polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən bildirilib ki, Orxan Zeynalovun saxlanılması bir ərizənin araşdırılmasına görədir. Əlavə bilgi verilməyib.

Günün ikinci yarısı Orxan Zeynalovun digər ailə üzvləri – AzadlıqRadiosuna məlumat verən qardaşı Azər Zeynalov və anası da yaşadıqları evə gələn polislər tərəfindən bölməyə aparılıb.

XS
SM
MD
LG