40 il əvvəl - 1972-ci il sentyabrın 5-6-da Fələstindən olan silahlılar Münhendə keçirilən Yay Olimpiya Oyunlarında İsraildən olan idmançılar və onların məşqçilərini girov götürdülər. Onlar İsraildə saxlanan yüzlərlə fələstinli məhbusun və Almaniyada həbsdə olan Qızıl ordu tərəfdarlarının azad edilməsini tələb edirdilər. "Münhen qırğını" adını almış bu hadisə zamanı 11 İsrail idmançısı və məşqçisi, bir də Almaniya polisi öldürüldü. O zaman Almaniya hökuməti bu cür terror hücumlarına hazırlığın zəifliyinə görə bütün dünyada kəskin tənqid olunurdu.
1972-ci ilin "Münhen qırğını" anılır
5
Münhen hücumunun təşkilatçısı hesab olunan Abu Daoud (mərkəzdə) A1977-ci ildə Parisdə həbsdən azad olunandan az sonra. Beynəlxalq axtarışda olan Daoud 2010-cu ildə vəfat edənə qədər Suriyada yaşayıb.
6
6 sentyabr 1972-ci il. Girov böhranına görə Olimpiya oyunlarının dayandırılması tələbilə yəhudilər Münhendən etiraz aksiyası keçirirlər.
7
6 sentyabr 1972-ci il. Girov böhranına görə Olimpiya oyunlarının dayandırılması tələbilə yəhudilər Münhendən etiraz aksiyası keçirirlər.
8
6 sentyabr 1972-ci il. Almaniya polisi Olimpiya şəhərciyinin girişində.