40 il əvvəl - 1972-ci il sentyabrın 5-6-da Fələstindən olan silahlılar Münhendə keçirilən Yay Olimpiya Oyunlarında İsraildən olan idmançılar və onların məşqçilərini girov götürdülər. Onlar İsraildə saxlanan yüzlərlə fələstinli məhbusun və Almaniyada həbsdə olan Qızıl ordu tərəfdarlarının azad edilməsini tələb edirdilər. "Münhen qırğını" adını almış bu hadisə zamanı 11 İsrail idmançısı və məşqçisi, bir də Almaniya polisi öldürüldü. O zaman Almaniya hökuməti bu cür terror hücumlarına hazırlığın zəifliyinə görə bütün dünyada kəskin tənqid olunurdu.
1972-ci ilin "Münhen qırğını" anılır

1
6 sentyabr 1972-ci il. İsraildən olan idmançılar öldürülmüş həmkarlarının xatirəsinə yürüş keçirirlər.

2
Olimpiya şəhərciyində İsrail idmançılarının qaldıqları binanın eyvanına çıxan fələstinli girov götürən.

3
Olimpiya şəhərciyində İsrail idmançılarının qaldıqları binanın eyvanına çıxan fələstinli girov götürən (sağda). 5 sentyabr 1972.

4
Öldürülmüş İsrail idmançıları və onların məşqçiləri.