40 il əvvəl - 1972-ci il sentyabrın 5-6-da Fələstindən olan silahlılar Münhendə keçirilən Yay Olimpiya Oyunlarında İsraildən olan idmançılar və onların məşqçilərini girov götürdülər. Onlar İsraildə saxlanan yüzlərlə fələstinli məhbusun və Almaniyada həbsdə olan Qızıl ordu tərəfdarlarının azad edilməsini tələb edirdilər. "Münhen qırğını" adını almış bu hadisə zamanı 11 İsrail idmançısı və məşqçisi, bir də Almaniya polisi öldürüldü. O zaman Almaniya hökuməti bu cür terror hücumlarına hazırlığın zəifliyinə görə bütün dünyada kəskin tənqid olunurdu.
1972-ci ilin "Münhen qırğını" anılır
9
Münhen yaxınlığında hərbi hava bazasında uğursuz xilasetmə əməliyyatının göstəricilərindən biri olan yandırılmış sərhəd polisi vertolyotu.
10
6 sentyabr 1972. İsrail komandası üzvləri Olimpiya Stadionunda matəm mərasimində.
11
10 sentyabr 1972. Münhendə Olimpiya stadionunda öldürülmüş idmançıların xatirəsi üçün İsrail bayrağı yarıya qədər aşağı endirilib.
12
8 sentyabr 1972-ci il. Öldürülmüş İsrail idmançılarının cənazələri Lof hərbi hava limanında.