40 il əvvəl - 1972-ci il sentyabrın 5-6-da Fələstindən olan silahlılar Münhendə keçirilən Yay Olimpiya Oyunlarında İsraildən olan idmançılar və onların məşqçilərini girov götürdülər. Onlar İsraildə saxlanan yüzlərlə fələstinli məhbusun və Almaniyada həbsdə olan Qızıl ordu tərəfdarlarının azad edilməsini tələb edirdilər. "Münhen qırğını" adını almış bu hadisə zamanı 11 İsrail idmançısı və məşqçisi, bir də Almaniya polisi öldürüldü. O zaman Almaniya hökuməti bu cür terror hücumlarına hazırlığın zəifliyinə görə bütün dünyada kəskin tənqid olunurdu.
1972-ci ilin "Münhen qırğını" anılır
13
Öldürülmüş yəhudilərin anma mərasimi. Münhen Olimpiya Stadionu.
14
Girovluqdan xilas edilmiş İsrail idmançılarından biri, 60 yaşlı Esther Roth-Shachamorov Təl-Əviv yaxınlığında evində. sentyabr 2012-ci il.
15
Faşist əsir düşərgəsindən sağ qurtarmış idmançı Shaul Ladany 1972-ci ilin "Münhen qırğını"ndan da salamat qurtarıb. O, 2012-ci ilin aprelində Omer şəhərində evində 1972-ci ilin Olimpiadası zamanı İsrail komandasının istifadə etdiyi bayrağı nümayiş etdirir.
16
Yəhudi din xadimi Jakov Arar 2004-cü ildə Yunanıstanda "Münhen qırğını" qurbanlarını anma mərasimində çıxış edərkən.