Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 17:59

Qarabağ müharibəsi veteranının şikayəti dinlənib


Salman Xudaverdiyev  avtomobilini yandırmağa cəhd edir, 22 noyabr 2019

Etiraz əlaməti olaraq noyabrın 22-də Bakı Şəhər İcra Hakimiyyəti önündə avtomobilini yandırmağa cəhd edən Qarabağ müharibəsi iştirakçısı, I qrup əlil Salman Xudaverdiyev Azadlıq Radiosuna danışıb.

“ Mən Qarabağ müharibəsi əliliyəm. Üç güllə yarası almışam, başımın yarısı protezdir, qolum-qıçım da pis gündədir”, deyə o bildirib.

S.Xudaverdiyev deyib ki, 1999-cu ildə Xan Şuşunski küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində (Nərimanov rayonu əraizisinə düşür-red) Nərimanov Razon İcra Hakimiyyətinin sərəncamı ilə ona yer verilib.

Onun sözlərinə görə, 2001-ci ildə həmin əraziyə qoyduğu köşk götürülüb, sərəncam verilib ki, həmin sahədə tikinti apara bilər:

“Sonra başım əməliyyata qarşıdı. Həm də düşündüm ki, yer mənimdir, istənilən vaxt nəsə tikə bilərəm. Amma imkan vermədilər ki, tikinti aparım. Dedilər ki, burada köşk olub, ancaq köşk qoyula bilər. Amma elə qiymət deyirdilər ki, mənim o qədər pulum yox idi. Dörd ay öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət Departamenti həmin yerə standart köşklərdən birini qoyub. Mən də soruşdum ki, bu köşkü bura niyə qoymusunuz, dedilər ki, “get hara şikayət edirsən et”. Bunu da deyən Nərimnaov Rayon İcra Hakimiyyəti ilə Bakı Şəhər Ticarət Departamentinin adamları idi”.

S.Xudaverdiyev deyib ki, dəfərlərlə prezidentə teleqram vurub, ona kömək olunmasını istəyib, amma buna reaksiya verilməyib.

S.Xudaverdiyevin qeyd etməsinə görə, sonra sosial şəbəkədə avtomobilini yandıracağı barədə məlumat yayıb:

“Ötən həftə "102" Xidməti-Zəng Mərkəzi maraqlandı. Zəng etdilər ki, sosial şəbəkədə belə məlumat paylaşmısan, mən də təsdiqlədim ki, yaymışam. Gəldilər, izahat aldılar. Onlara da dedim ki, bunu edəcəyəm. Dünən də bunu etməyə cəhd etdim”.

S.Xudaverdiyev deyib ki, BŞİH-də sərəncamın yenilınməsi barədə ondan ərizə alıblar ki, həmin əraziyə yeni köşk qoyulsun. O, habelə qeyd edib ki, hara gedir işə qəbul etmirlər, avtomobili ilə sürücülük edərək, pul qzanır.

Keçmiş Qarabağ döyüşçüsü sonda da vurğulayıb ki, ona aid sahədə quraşdırılmış köşkü noyabrın 22-də gecə saatlarında götürblər.

Salman Xudaverdiyevin bu dediklərinə, dəfələrlə cəhd etsək də, hələlik, Bakı şəhər və Nərimanov rayon icra hakimiyyətlərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Noyabrın 22-də səhər saatlarında Salman Xudaverdiyev Bakı Şəhər İcra Hakimiyyətinin önünə gedərək avtomobilinin üzərinə benzin töküb.Amma polislər onu saxlayaraq icra hakimiyyətinə aparmışdılar.Polislər Salman Xudaverdiyevdən səbirli olmasını istəyərək, şikayətinin dinlənəcəyi vədi vermişdilər.

XS
SM
MD
LG