Keçid linkləri

2017, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:28

Moskva şəhər icra hakimiyyəti müxalifət lideri Aleksei Navalnynın planlaşdırdığı korrupsiya əleyhinə yürüşə icazə verməyib.

Navalnynın bildirdiyinə görə, şəhər rəhbərliyi yürüşün nəqliyyatın normal axınına xələl gətirəcəyini və sakinlərin rahatlığını pozacağını əsas gətirib. Alternativ marşrut və vaxt da təklif edilməyib.

15 min nəfərin iştirak edəcəyi yürüş Moskvanın mərkəzi küçələrindən keçməklə Kreml yaxınlığında mitinqlə başa çatmalı idi. Bu, həmin günə planlaşdırılan 53 aksiyadan biri olmalı idi.

Moskva şəhər meriyasından Vladimir Chernikov deyib ki, eyni günə bu qədər aksiyanın planlaşdırıldığını nəzərə alanda təşkilatçılar yürüşün vaxtında və problemsiz başa çatacağını təminat verə bilməzlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG