Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 22:42

Milli Şura yenidən mitinq keçirmək istəyir


Milli Şuranın mitinqi, 19 yanvar 2019

Demokratik Qüvvələrin Milli Şurası fevralın 23-də mitinq keçirməklə bağlı qərar qəbul edib.

Milli Şura bu məqsədlə artıq Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Məlumatı adıçəkilən qurumun sədri Cəmil Həsənli “Facebook” səhifəsində paylaşıb.

Onun sözlərinə görə, mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, uşaq pullarının verilməsi və sairdir.

Milli Şuranın sonuncu mitinqi yanvarın 19-da keçirilmişdi. Bu zaman aksiyaya digər müxalif qüvvələr Müsavat və REAL partiyaları da qatılmışdı. O zaman başlıca tələb videobloqqer Mehman Hüseynovla bağlı yeni ittihamların ləğvi, onun və digər siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması idi.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 26 yanvar mitinqinə icazə verməmişdi.

Bakı Şəhər İcra Hakimiyyəti onda bunu şəhər polisi rəhbərliyinin onlara müraciəti ilə izah etmişdi. Həmin müracitdə Milli Şuranın son mitinqindən sonra ictimai asayişin pozulduğu bildirilirdi.
Milli Şura rəhbərliyi isə bu izahatı əsassız saymışdı.
Üstəlik, hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG