Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:16

Bəs Michael Jackson musiqisi necə olsun?


HBO-nun iki kişinin Michael Jackson-un uşaq vaxtı onları yoldan çıxardığını iddia etdiyi “Leaving Neverland” (Neverlənddən getmək) adlı sənədli filmi ən azı bir sualı cavabsız qoyub.

İndi Jackson fanatlarının vəzifəsi nədir? Sağ ikən eyni zamanda həm son dərəcə istedadlı, həm də çox qəribə ictimai fiqur sayılan Jackson indi uşaqları dəfələrlə cinsi təcavüzə məruz qoymuş adam kimi tanınır.

“Bir çox insanlar üçün Michael Jackson-u susdurmaq, yaxud da onun haqqında düşüncələrimizi dəyişmək, onun haqqında təcavüzkar kimi düşünmək çox ağır yükdür. R. Kelly-dən fərqli olaraq, Michael əfsanəvi dünya fiqurudur. Onun kimisi yoxdur”, – Dyuk Universitetinin Afrika və Afrika-Amerika elmləri professoru Mark Anthony Neal deyir. Neal Jackson-un konsertinə ilk dəfə 1971-ci ildə gedib. O həm də “Qara həyatın nəğmələri” (“Songs in the Key of Black Life”) adlı kitab yazıb və Jackson və onun yaradıcılığından dərs keçir.

“ONLARIN FAKTLARI YOX İDİ”

Hər iş gününün səhəri 8 milyonadək adamın dinlədiyi Tom Joyner səhər şousu ölkənin “şəhər tərzində” ən aparıcı səhər şousudur. Orta yaşlı qaradərili aparıcı Tom Joyner və proqramı onunla birlikdə aparanlar çox zaman səhər xəbərlərini xalanızdan eşidə biləcəyiniz şərhlərlə qarışdıraraq məzəli əhval-ruhiyyə yaradırlar.

“Leaving Neverland” filminin son seriyasının efirə çıxmasından 12 saat keçməmişdi ki, Joyner Jackson haqda söhbət salaraq, sənədli filmin ortaya qoyduğu ifşaedici ritorikanı qəbul etmədiyini bildirdi.

“Kimsə sizi nədəsə suçlayırsa, bunu faktlarla sübut etməlidir. Onların hər hansı faktları yox idi”, – Joyner efirdə deyib.

NBC news saytı yazır ki, Joyner mədəniyyətə böyük təsiri olan qaradərililərin radio dünyasında böyük nüfuzlu fiqurdur. Bura qaradərili Amerikanın ən azı bir hissəsinin rəylərinin formalaşdığı məkandır. Elə bu il qaradərililərin radiostansiyaları və bir çox tanınmış səslər bundan sonra cinsi təcavüzdə suçlanann R. Kelly-nin musiqisini səsləndirməyəcəklərini bildiriblər. Ancaq bu prosesin başlanması 20 ilədək çəkib.

Michael Jackson-un qardaşı Tito Jackson Los Olivosda toplaşmış tərəfdarlara müraciət edir (2005)
Michael Jackson-un qardaşı Tito Jackson Los Olivosda toplaşmış tərəfdarlara müraciət edir (2005)

Jackson-a gəlincə, onun musiqisi həm R&B, həm də klassik soul radiostansiyalarında, həm pop hitləri, həm də klassik musiqi səsləndirən kanallarda çalınır. Ancaq Jackson-un yaradıcılığını uşaqlıqdan izləyənlərin çoxu Joyner və başqalarının bu musiqini səsləndirdiyi radiostansiyaları dinləyir.

Yeni Zelandiyanın kommersiya radiostansiyalarının əksəriyyətinə nəzarət edən iki şirkət Jackson-ın musiqisini səsləndirməməyi qərara alıb. BBC eyni addımı atacağı haqda xəbəri təkzib edib. O bildirib ki, onun radiostansiyaları sənətkarlara qadağa qoymur. Ötən həftə BBC-nin radiostansiyalarından biri, Radio 2 Jackson-un musiqisini iki dəfə səsləndirib.

Həm Jackson (sağlığında) həm də Kelly dəfələrlə bu ittihamları rədd edib.

ONUN BARƏSİNDƏ YETKİN KİŞİ KİMİ DÜŞÜNMÜRDÜLƏR

Prezident Barack Obamanı kənara qoysaq, qaradərili amerikalılar arasında Michael Jackson qədər tanınan və sevilən, mədəni təsir və nüfuz gücünə malik çox az adam var. Çox az adamın həyatını, xarakterini, yaradıcılığını ən xırda detallarına qədər bildiyini düşünən bu qədər fanatik müdafiəçiləri olub.

“Məncə, insanlar Michael Jackson haqda yetkin kişi kimi düşünmürdülər. Adamlar onun haqda androgen tipdə oğlan, Piter-Pen kimi düşünürdülər. Hər hansı nalayiq hərəkətin olması adamın ağlına da gəlmirdi…”, – şounu Joynerlə birlikdə aparan Sybil Wilkes deyib. Jackson-un “Off the Wall” albomu onun uşaqlığının saundtreki kimidir.

Joyner şousu qədər böyük olmasa da, nüfuzlu səhər şoularından biri olan Russ Parr səhər şousunda da söhbət Jackson-dan düşüb. Aparıcı Parr bütün bu vəziyyətin ona ən pis təsir edən hissəsindən danışıb:

“Michael bu münasibətlərin qeyri-təbii olduğunu bilirdi və bəlkə bəzi adamları pulla susdurmuşdu. Bilmirəm… Ancaq bu sənədli film aşağı səviyyəli idi… Onlar özünü müdafiə edə bilməyən adama hücum edirlər. Və bu, faciədir. Həqiqətən elədir”, – Parr deyib.

Səhər şoularında sənədli filmdəki iki şəxsin – James Safechuck və Wade Robsonun əsl məqsədinin Jackson şirkətindən pul qoparmaq olduğu deyilib. Bu şəxslərin şikayəti ilə başlanmış məhkəmə prosesi 2017-ci ildə bitib və hakim iddia olunan təcavüzün üstündən həddindən çox vaxt keçdiyini bildirərək işi bağlayıb. Onlarsa appellyasiya şikayəti veriblər.

XS
SM
MD
LG