Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 21:16

Prezident: 'Manat sabitliyini qoruyacaq'


BTB valyuta kursları. 31yan2017
BTB valyuta kursları. 31yan2017

Hökumət manatın sabitliyini qeyri-neft ixracatında görür. Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə danışıb.

O, bildirib ki, görülən işlər “ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq” məqsədlərini güdür. Prezident daha sonra fikrini belə yekunlaşdırıb: “Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək”.

Buna da bax:​ Doğrudanmı İlham Əliyev deyən kimi 'dünyada böhran var'? [video]

Qeyri-neft məhsullarının ixracı 17 faiz azalıb

Prezidentin söylədiklərindən belə anlaşılır ki, Azərbaycanın valyuta gəliri neftdənkənar ixracatdan təmin ediləcək. Bütün problem ondadır ki, hökumət bu istəyini reallaşdıra bilmir. Axı devalvasiya iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını gücləndirməliydi, amma bu məqsədə çatmaq mümkün olmayıb. Ötən ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 17,8 faiz azalaraq 1 milyard 117,7 milyon dollar səviyyəsinə düşüb. Bütövlükdə isə ixracat 28 faiz azalaraq, 9 milyard 143 milyon ABŞ dollarına bərabər olub. Unutmaq lazım deyil ki, azalmalar hökumətin ixracata dəstək göstərdiyi bir vaxtda baş verir.

Buna da bax: Minimal əməkhaqqı 300 manat olmalıdır, amma…

Ekspertlərin fikrincə, 3 il öncə qeyri-neft məhsulları ixracatındakı artımlar da neftdənkənar sahələrin istehsal güclərinin artmasından və ixracat potensialının genişlənməsindən qaynaqlanmayıb. Axı o zaman, kimya sənayesi başda olmaqla, bəzi sahələri “neft sektoru” bölməsindən “qeyri-neft sektoru” bölməsinə atmaqla, avtomatik şəkildə qeyri-neft ixracatının payını çox göstəriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG