Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Azərbaycanda daha bir Yol Xəritəsi hazırlanır


Azərbaycan nanatı

Azərbaycanda maliyyə məsələləri ilə bağlı məhkəmə qərarlarının qəbulu və icrası prosesləri sürətləndiriləcək.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycandamaliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Bildirilir ki, Azərbaycanda maliyyə mübahisələrində icra prosesi ilə bağlı mövcud vəziyyətin hərtərəfli diaqnostikası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası Ədliyyə Nazirliyi və maliyyə institutları ilə birlikdə səlahiyyətli işçi qrupu yaradacaq.

Buna da bax: Daha bir 'strateji xəritə' açıqlandı

İşçi qrup diaqnostika icra prosesini mürəkkəbləşdirən və ləngidən halları müəyyənləşdirəcək, məhkəmə qərarlarının qəbulu və icrası, girovun rəsmiləşdirilməsi və təminata tutmanın yönəldilməsi, girovları ləğvetmə, qiymətləndirmə və reallaşdırma üzrə hərracların təşkilini və apelyasiya proseslərini əhatə edəcək

Sonrakı mərhələdə isə Azərbaycandakı proseslər qabaqcıl beynəlxalq təcrübə ilə müqayisə edilərək kompleks həll yolları müəyyən ediləcək, qanunvericiliyə dəyişikliklər hazırlanacaq.

Buna da bax: Turizmin də strateji xəritəsi açıqlandı

İşçi qrup müvafiq tədbirlər planı hazırlayacaq. Təsdiq edilmiş tədbirlər planının müvafiq qurumlar tərəfindən tətbiqinə başlanılacaq. Sistemin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlərin nəticəsi üzrə monitorinq və qiymətləndirilmə aparılacaq. Zərurət yarandığı halda əlavə tədbirlər müəyyən ediləcək.

Yol xəritəsində kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə işlək məhkəmə sistemi və icra mexanizminin yaradılması da göstərilir.

XS
SM
MD
LG